Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 94-cü Ayə

Surə 16
Ayə 94

Azərbaycan dilində tərcümə

Andlarınızı öz aranızda fəsad və hiylə alətinə çevirməyin ki, məbada (sizin İslam və əməl yolundakı) qədəm(iniz) möhkəmləndikdən sonra titrəsin və Allah yolundan qaldığınıza, ya (başqalarını) Allah yolundan saxladığınıza görə (dünya) əzabını dadasınız və (axirətdə) sizin üçün böyük bir əzab olar.
Ən-Nəhl surəsi , 94-cü ayə
Ən-Nəhl surəsi 94-cü ayə
Tam Surə

Ən-Nəhl surəsi 94-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 94

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Andlarınızı bir-birinizi aldatmaq üçün vasitə etməyin. Məbada möhkəmlənmiş addım büdrəyə. (Bu halda and və əhdin müqəddəsliyi itir.) Xalqı Allahın yolundan döndərdiyiniz üçün pisliyi dadacaqsınız. Sizin üçün böyük əzab var.”
Nöqtələr
"Sədəttum” dedikdə (Rağibin nəzərincə) həm geri qalmaq, həm də başqalarını geridə saxlamaq nəzərdə tutulur. "Dəxələ” sözü "dəğələ” vəznində və mənasındadır.
Bildirişlər
1. Təhlükə ciddiləşdikdə tövsiyələrinizi verin, qadağalarınızı təkrarlayın. (91-ci ayədə də anddan sui-istifadə qadağan olunur.)
2. Əhdi pozmaq və müqəddəsliklərdən sui-istifadə etmək pis aqibət səbəbidir.
3. Bəzən bir günah başqa bir günahlar üçün zəmin olur. (Əhdə vəfasızlıq pis aqibətlə nəticələnir, o da öz növbəsində insanın azması və başqalarını azdırması üçün müqəddimə olur.)