Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 96-cı Ayə

Surə 16
Ayə 96

Azərbaycan dilində tərcümə

Sizin yanınızda olan tükənir və puç olur, Allahın yanında olan isə daimi və əbədidir. Və (dini vəzifələri yerinə yetirməkdə) səbr etmiş kəslərin çox gözəl əməlləri müqabilindəki mükafatlarını verəcəyik.
Ən-Nəhl surəsi , 96-cı ayə
Ən-Nəhl surəsi 96-cı ayə
Tam Surə

Ən-Nəhl surəsi 96-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 96

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Sizdə olan bitib-tükənər. Allahın yanında olan isə dayanıqlı və möhkəmdir. Səbir edənlərə, həqiqətən, gördükləri ən yaxşı iş əsasında mükafat verəcəyik.”
Bildirişlər
1. Allahdan başqa heç kim və heç nə əbədi deyil.
2. Maddiyyatdan uzaqlıq, Allaha bağlılıq, əhdə vəfa üçün səbrə və nəfs istəklərilə mübarizəyə ehtiyac var.
3. Dünyaya əsir olmamaq məhrumiyyət yox, ləzzətdir.
4. Allahdan yaxşı müştəri yoxdur. O ən adi və dəyərsiz bir şeyi də böyük qiymətə alır.