NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 97
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Kişi, ya qadın – istənilən bir kəs mömin olsa və saleh iş görsə, onu hökmən pak və bəyənilmiş bir həyatla dirildərik. Ona, şübhəsiz, gördüyü işdən üstün muzd verəcəyik.”
Nöqtələr
"Həyatən təyyibə”, yəni pak həyat dedikdə insanın aram qəlb və mömin ruha malik olması nəzərdə tutulur. Mömin ilahi nurla görər, mələklərin duasına nail olar, Allah tərəfindən təsdiqlənər. Bu zümrədən olanlar qorxu və kədər bilməzlər.
Bildirişlər
1. İnsana mükafat verilərkən onun yaşı, milliyyəti, cinsi, ictimai-siyasi mövqeyi əsas götürülməz.
2. Qadın və kişi mənəvi kamillik əldə etməkdə bərabərdirlər.
3. İman saleh əməlin qəbul şərtidir.
4. Heç bir saleh əməl cavabsız qalmaz.
5. Harada qadını alçaq sayan cahil təfəkkür meydana çıxsa, qadının adı və məqamını aşkar şəkildə bəyan etmək lazımdır.
6. İnsanın təkcə əməli yox, həm də özü yaxşı olmalıdır.
7. İman və saleh əməli olmayan insan ölü kimidir.