Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 99-cu Ayə

Surə 16
Ayə 99

Azərbaycan dilində tərcümə

Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur.
Ən-Nəhl surəsi , 99-cu ayə
Ən-Nəhl surəsi 99-cu ayə
Tam Surə

Ən-Nəhl surəsi 99-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 99

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Əlbəttə, iman gətirib Rəbbinə təvəkkül edənlər üzərində şeytanın hakimiyyəti yoxdur.”
Nöqtələr
Hər bir yaxşı işin bəlası ola bilər. Qüdrətin bəlası təkəbbür, xalqa xidmətin bəlası minnət qoymaq, Quranı oxumağın bəlası özününümayiş, gəlir əldə etmək, mənfi rəğbət, xalqı aldatmaq, yanlış düşüncə, rəy əsasında təfsir ola bilər. İnsan Quran oxuduğu vaxt bütün bəlalardan Allaha pənah aparmalıdır.
İmam Sadiq (ə) buyurur: "Quran tilavətində üç şeyə ehtiyac var: Müti qəlb, aram bədən, boş yer.”
Quran məsum imamlar tərəfindən təfsir olunaraq və onların nəzarəti altında açıqlansa pak qəlblərə daxil olduqda hidayət və inkişafa səbəb olar, insanın iman və elmini artırar. Qurani-Kərimdə oxuyuruq: "Ey peyğəmbər, sən Quran oxuyan vaxt Biz səninlə axirətə inanmayanlar arasında maneə qərar verərik.”
Rəvayətdə oxuyuruq: İslam Peyğəmbəri (s) Quran tilavət etdiyi vaxt "əuzu billahi minəş-şeytanir-rəcim” deyərək Allaha pənah aparardı.
Bildirişlər
1. Şeytanın ən üstün və müqəddəs insanlara da nüfuz təhlükəsi var, bunu unutmayaq. (Hətta Peyğəmbər (s) kimi bir şəxs Quran oxuyarkən Allaha pənah aparırdı.)
2. Şeytan hamının sorağına gəlir, amma hamıya təsir edə bilmir.
3. İman və təvəkkül insanı zərbələrdən qoruyan qaladır.
4. İnsanın Allaha pənah aparması onun iman və təvəkkülünün göstəricisidir.
5. İnsanın pənah aparması Allahın pənah verməsi ilə müşayiət olunur. (Ona sığının (pənah aparın) ki, O da sizə sığınacaq versin. Əgər O sığınacaq verməsə, bizim verəcəyimiz sığınacaq faydasızdır.)
6. Ona sığınmaqdan (pənah aparmaqdan) başqa çıxış yolu yoxdur.