Əsas məzmuna keç

Ən-Nisa surəsi - 37-ci Ayə

Surə 4
Ayə 37

Azərbaycan dilində tərcümə

Həmin o kəsləri ki, (mal və elmi sərf etməkdə özləri) xəsislik edir, camaatı da (söz və əməllə) xəsisliyə sövq edirlər və Allahın Öz fəzl və mərhəmətindən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
Ən-Nisa surəsi , 37-ci ayə
Ən-Nisa surəsi 37-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 37-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 37

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Özünü üstün tutan təkəbbürlülər) o kəslərdir ki, həm özləri xəsislik edir, həm də xalqı xəsisliyə çağırırlar. Onlar Allahın Öz fəzlindən bağışladığını gizlədirlər. Biz nemətə küfr edənlər üçün zəliledici əzab hazırlamışıq.”
Nöqtələr
Xəsislik təkcə mal-pulu qıymayıb saxlamaq deyil. Xəsislik həm də elmə, şəxsiyyətə, qüdrətə, imkanlara aiddir.
Bildirişlər
1. İnsanın ruhi xəstəlikləri güclənə bilər. Xəsis, xəstə adamlar başqalarının da xəsis olmasını istəyirlər.
2. Xəsis insan Allahın məhəbbətindən məhrumdur.
3. Xəssislik təkəbbür və lovğalıq nişanələrindəndir.
4. İlahi nemətləri bağışlamaq şükrün, onları gizləmək isə naşükürlüyün bir növüdür.
5. Xəsis insan ehsan etməmək üçün özünü fəqir göstərir.
6. Nemətlər yalnız öz səy və tədbirlərimizin nəticəsi yox, həm də Allahın fəzlidir.
7. Əgər Allahı nemət sahibi kimi tanısaq və bütün nemətlərin Ona məxsus olduğunu bilsək, xəsislik etmərik.
8. Xəsislik bəzən küfr üçün də zəmin yarada bilər. ("Fussilət”, 7. )
9. Dünyada təkəbbürlü olmağın cəzası axirətdə zillətdir.