Əsas məzmuna keç

Ən-Nisa surəsi - 39-cu Ayə

Surə 4
Ayə 39

Azərbaycan dilində tərcümə

Əgər Allaha və axirət gününə iman gətirsəydilər və Allahın onların ruzisi etdiklərindən xərcləsəydilər, onlara nə ziyanı olardı?! Allah həmişə onları(n halını) biləndir.
Ən-Nisa surəsi , 39-cu ayə
Ən-Nisa surəsi 39-cu ayə
Tam Surə

Ən-Nisa surəsi 39-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 39

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər Allaha və qiyamət gününə iman gətirsəydilər və Allahın onlara verdiyi ruzidən infaq etsəydilər, onlara nə olardı?! Allah onların niyyətini biləndir.”
Bildirişlər
1. Azğınların vəziyyətinə təəssüf edilməsi onlara xəbərdarlıq və təbliğ yollarından biridir.
2. Allaha iman şərtlərindən biri məhrumlara infaq etməkdir.
3. İnfaq təkcə mal-pula aid deyil. Elm, məqam, güc kimi Allahın verdiyi bütün nemətlərdən infaq etmək bəyənilmişdir.
4. Əgər bütün nemətlərin Allah tərəfindən verildiyinə inansaq, infaq ruhiyyəmiz güclənər.
5. Xəsis və riyakar insanlar bilsinlər ki, Allahın nəzəri altındadırlar.