NUR TƏFSİRİ: Yunus surəsi / ayə 103
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Bəla və cəza nazil olarkən) peyğəmbərlərə və möminlərə nicat veririk. Möminləri bu sayaq azad etmək onların haqqıdır.”
Nöqtələr
Sual: Təcrübədə müşahidə etmişik ki, bəzən yaxşı da pisin oduna yanır. "Ənfal” surəsinin 25-ci ayəsində buyurulur ki, təkcə zalımları yox, hətta möminləri də bürüyəcək fitnədən qorxun. Bəs necə olur ki, bu ayədə möminlərin nicat tapacağı bildirilir?
Cavab: İman əhli kafirlər və günahkarlar arasında sakit dayanarsa, Allahın qəzəbi onlara da yetişər. Amma öz ilahi vəzifəsinə, yəni nəhy ən münkərə (pisliyin qadağasına) əməl edənlər bəla zamanı nicat tapırlar.
Bildirişlər
1. Allah peyğəmbərləri və möminləri Öz qəzəbinə düçar etmir.
2. İlahi sünnələrdən və möminlərin haqlarından biri əzab zamanı onların himayə olunmasıdır.
3. Qurtuluş vədi ilahi hərəkatların ən möhkəm dayağıdır.
4. Gələcək möminlərindir.