Əsas məzmuna keç

Yunus surəsi - 104-cü Ayə

Surə 10
Ayə 104

Azərbaycan dilində tərcümə

De: «Ey insanlar, əgər mənim dinim(in düz və ya səhv olması) barəsində şəkk-şübhədəsinizsə, onda (bilin ki,) mən sizin Allahın yerinə ibadət etdiklərinizə (bütlərə) ibadət etmirəm; və lakin sizin hamınızın canını alan Allaha ibadət edirəm və mənə möminlərdən olmaq əmr edilmişdir.»
Yunus surəsi , 104-cü ayə
Yunus surəsi 104-cü ayə
Tam Surə

Yunus surəsi 104-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 104

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
الْمُؤْمِنِينَ
"De ki, ey xalq, əgər mənim dinimə şübhəniz varsa (bilin ki), sizin Allah yerinə pərəstiş etdiklərinizə pərəstiş etmirəm. Elə bir Allaha pərəstiş edirəm ki, sizin canınızı alır. Mənə möminlərdən olmaq əmr olunub.”
Bildirişlər
1. Başqalarının şəkki bizi şəkkə salmasın. Qətiyyət rəhbərlik şərtidir.
2. Kafirlərlə hər növ saziş, yaxınlıq qadağandır. Küfr cəbhəsi bizdən ümidini üzməlidir.
3. Düşmənin hətta İslam başçılarında da tamahı var. Demək, öz əyilməzliyimizi qətiyyətlə elan etməliyik.
4. Pərəstişə yalnız ölüm və həyat əlində olan kəs layiqdir.
5. Şübhəsiz ki, həm ölüm, həm də həyat Allahın əlindədir. Amma bu ayə yalnız ölüm haqqında danışır. Çünki ölüm ən üstün xəbərdarlıq vasitəsidir.
6. Müşriklər öz məbudlarını ağıllı sayırdılar.