Əsas məzmuna keç

Yunus surəsi - 106-cı Ayə

Surə 10
Ayə 106

Azərbaycan dilində tərcümə

«Və Allahdan başqa sənə fayda verməyən və ziyan yetirməyən şeyi (Allah kimi) çağırma ki, əgər belə etsən onda mütləq zalımlardan olacaqsan.»
Yunus surəsi , 106-cı ayə
Yunus surəsi 106-cı ayə
Tam Surə

Yunus surəsi 106-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 106

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
وَلاَ تَدْعُ مِن دُونِ اللّهِ مَا لاَ يَنفَعُكَ وَلاَ يَضُرُّكَ فَإِن فَعَلْتَ فَإِنَّكَ إِذًا مِّنَ الظَّالِمِينَ
"Allahdan başqasını−sənə heç bir faydası və zərəri olmayan şeyi −çağırma. Əgər belə etsən, həqiqətən zalımlardan olacaqsan.”
Nöqtələr
”Hənif” doğru-düzgün mənasını bildirir. Bu doğruluqda sağa-sola heç bir büdrəmə yoxdur.
Bildirişlər
1. Dindarlıq qətiyyət, səy və eşq istəyir.
2. İslam dini əyintisiz ayindir.
3. Həqiqi müsəlman İslamı qəbul etdikdən sonra heç bir şirkə uğramır və zalım hakimlərə meyl etmir.
4. Ağıllı insanlar ya faydalanmaq, ya da zərərdən qaçmaq üçün çalışır. Bütlər isə nə fayda verə bilir, nə də zərəri dəf edir. Demək, şirk bir növ axmaqlıqdır.
5. Şirk zülm, müşrik isə zalımdır.