Hədis Axtarışı

8+ hədis arasında sürətli və dəqiq axtarış edin

"İcarə" mövzusunda 8 hədis
Təmizlə
İmam Əli (ə):«Allahın Peyğəmbəri (s) muzdu təyin edilməmişdən qabaq
fəhlə işlətməyi qadağan edib.»
Mənbə: əl-Fəqih, c.4, səh.10, hədis 4968 İcarə
Həzrət Peyğəmbər (s):«Fəhlənin zəhməthaqqını onun təri qurumamış
verin və həmin iş halında onun muzdunu müəyyənləşdirin.»
Mənbə: Kənzul-Ummal, hədis 9126 İcarə
Həzrət Peyğəmbər (s):«Fəhlənin zəhməthaqqını onun təri qurumamış
verin və həmin iş halında onun muzdunu müəyyənləşdirin.»
Mənbə: Kənzul-Ummal, hədis 9126 İcarə
Həzrət Peyğəmbər (s):«Muzd alanın (fəhlənin) muzdunu kəsmək böyük
günahlardandır.»
Mənbə: Biharul-Ənvar, c.103, səh170, hədis 27 İcarə
Həzrət Peyğəmbər (s):«Allah muzd alanın (fəhlənin) muzdunu kəsən
şəxsin əməlini puç və ətri beş yüz illik məsafədən hiss olunan Cənnətin iyini
ona haram edər.»
Mənbə: Əmali-Səduq, səh.347, hədis 1 İcarə
Məhəmməd ibn Müslimİmam Baqir və ya İmam Sadiqdən (ə) soruşdular:«Bir şəxs iş götürür, amma onu özü yerinə yetirmir başqasına həvalə edir və ortada xeyir götürür.»Buyurdu:«Özü də həmin işin bir qədərini görməsə, xeyr. (bu düzgün deyil)!» 
Mənbə: əl-Kafi, c.5, səh. 273, hədis 1 İcarə
Əmmar Sabati:«Əbu Abdullaha (İmam Sadiqə (ə)) dedim:«İnsan ticarət edib özünü belə bir şəkildə icarəyə verə bilərmi ki, alver etdiyi miqdarda ona (pul) verilsin?» Buyurdu:«Özünü muzda satmasın, əksinə, Allahdan ruzi istəsin və ticarətə başlasın. Çünki əgər muzdla işləsə öz ruzisinə mane olub.»
Mənbə: əl-Kafi, c.5 səh.90, hədis 3 İcarə
İmam Əli (ə): «Onların ruzilərini aralarında biz bölüşdürürük» ayəsi barəsində buyurub- «Pak və müqəddəs Allah bu ayə ilə bizə insanların dolanacaq yollarından birinin icarə olmasını xəbər verdi. Çünki, Allah öz hikməti əsasında insanları istək, əzmkarlıq və digər cəhətlərdən fərqli yaradıb və bu məsələni yaradılmışların dolanışığının dayaq nöqtəsi edib. Ona görə də bir şəxs digərini (onun əmək qüvvəsini) icarə edir. . . . əgər bizlərdən biri özü üçün bənnalıq, xərratlıq, yaxud digər sənət sahiblərinin işlərini görməyə məcbur olsa, onda dünyanın işləri düzəlməz. İnsanların buna imkanı da yoxdur və heç cür bunu edə bilməzlər. Lakin, Allah onların istəyini müxtəlif etdi, hər kəsin meylini bir işə saldı ki, həmin işi başqaları üçün də görsün və hər biri başqasının köməyi ilə vəziyyətinə uyğun olaraq məişət işlərini irəli aparsın. Beləliklə, Allah dəqiq bir tədbir tökübdür.»
Mənbə: Vəsailuş-Şiə, c.13, səh.244, hədis 3 İcarə

Populyar Mövzular

Ən çox axtarılan mövzular

Fədakarlıq 12 İcarə 8 Möminlər 5 Əhli-Beytə (ə) məhəbbət 4 Əxlaq 3 iman 3 Haram məclislər 1 Təqva 1 Xoşbəxtlik 1 Ədalət 1 Əcəl 1

Populyar Açar Sözlər

Ən çox axtarılan açar sözlər

Toplam 7 açar söz | Açar sözlər üzərində klik edərək hədisləri axtara bilərsiniz