"Əxlaq" üçün 4 nəticə tapıldı
Təmizlə
İmam Əli (ə):«Nəcib əxlaqın ən yüksək mərtəbəsi fədakarlıqdır.»
İmam Rza (ə): Yoxsulla rastlaşanda varlılarla salamlaşdığından fərqli salamlaşan insan qiyamət günü Allahın qəzəbinə gələr.
Əli ibni Hüseyndən (ə) soruşdular: “Ey Rəsuləllahın övladı, səhərin necə açıldı? “ Buyurdu: “Səhərim elə bir halda açıldı ki, məndən səkkiz şey istənilirdi:
- Allah məndən vacibatı yerinə yetirməyimi,
- Peyğəmbər (s) öz sünnəsinə əməl etməyimi,
- Əhli-əyalım ruzini,
- Nəfsim nəfsani istəklərə cavab verməyimi,
- Şeytan günah etməyimi,
- (Əməlləri yazan) iki mələk düzgün əməli,
- Ölüm mələyi ruhumu,
- Qəbir isə cəsədimi istəyirdi.
Mən də bu xislətlər arasında idim”.
(Biharul-ənvar 76/ 15)
İmam Sadiq (ə) buyurur: “Hər kəsin dili düz, doğru danışan olsa, əməli paklaşar. Hər kəsin niyyəti gözəl olsa, Allah onun ruzisini artırar, hər kəs öz əhli-əyalına yaxşılıqlarını artırsa, Allah onun ömrünü uzadar”. (Xisal 1/ 88)