Hədis Axtarışı

12+ hədis arasında sürətli və dəqiq axtarış edin

"Fədakarlıq" mövzusunda 12 hədis
Təmizlə
İmam Sadiq (ə)Fatimənin (ə. s) evində bir az arpa var idi və o, ondan quymaq hazırladı. Yemək hazır olandan sonra onu qarşılarına qoydular (ki, yesinlər). (Birdən) Bir yoxsul gəlib çıxdı və dedi:«Allah sizə rəhm etsin!» Əli (ə)durub yeməyin üçdə birini ona verdi. Çox keçmədi ki, bir yetim gəlib dedi:«Allah sizə rəhm etsin!» Əli (ə) durub yeməyin digər üçdə bir hissəsini ona verdi. Sonra bir əsir gəlib dedi:«Allahın rəhmi olsun sizə!» Əli (ə) durub yeməyin qalan üçdə birini də ona verdi və özü həmin yeməkdən heç dadmadı. 
Sonra Allah onların barəsində bu ayəni nazil etdi və həmin ayə Allaha görə belə bir fədakarlıq edən hər bir möminə də şamildir.»
Mənbə: Nurus-Səqəleyn, c.5, səh.470, hədis 20 Fədakarlıq
ƏbuttufeylƏli (ə) xoşu gələn bir paltar aldı. Sonra onu sədəqə verib buyurdu:«Allahın Peyğəmbərindən(s) eşitmişəm ki, «hər kim fədakarlıq edərək başqasını özündən qabağa salsa, Allah Qiyamət günü ona Cənnəti bağışlayar.»
Mənbə: Nurus-Səqəleyn, c.5, səh.285, hədis 52 Fədakarlıq
Ayişə:«Allahın Peyğəmbəri (s) dünyadan köçənə kimi heç vaxt üç gün
dalbadal doyunca yemək yemədi. Əgər istəsəydi, doyunca yeyə bilərdi. Amma
başqalarını özündən üstün tutur, qabağa salırdı.»
Mənbə: Mizanul – hikmət Fədakarlıq
İmam Əli (ə):« Azad insanlar fədakarlıqla qul edilirlər.»
Əbu Hüreyrə:«Bir kişi Peyğəmbərin (s) yanına gəlib aclıqdan
şikayətləndi. Allahın Peyğəmbəri (s) bir nəfəri zövcələrinin evinə göndərdi.
Amma onlar dedilər:«Sudan başqa bir şeyimiz yoxdur.» Peyğəmbər (s)
buyurdu:
« Bu kişini bu axşam kim qonaq aparar?» Əli ibn əbu Talib (ə)
dedi:«Ey Allahın Peyğəmbəri, mən onu qonaq apararam.» Sonra Fatimənin
(s.ə.)
yanına gəlib dedi:«Ey Allahın Peyğəmbərinin qızı, yeməyə nəyin var?»
Fatimə dedi:«Şam yeməyindən başqa bir şeyimiz yoxdur, amma qonağı
özümüzdən üstün tutar, qabağa salarıq.» Həzrət buyurdu:«Ey Məhəmmədin
qızı
! Uşaqları yatızdır və çıraqları söndür.» Əli (ə) səhər Peyğəmbərin (s)
yanına gəlib baş verənləri Həzrətə danışandan sonra çox keçmədi ki, Allah-taala
«…özlərindən üstün tutarlar . . . . . .» ayəsini nazil etdi.»
İmam Əli (ə):«Nəcib əxlaqın ən yüksək mərtəbəsi fədakarlıqdır.»
Mənbə: Mizanul – hikmət Fədakarlıq
İmam Əli (ə):«Başqaları ilə insafla, möminlərlə isə fədakarlıqla davran.»
Mənbə: Mizanul – hikmət Fədakarlıq
İmam Əli (ə):«Səxavətliliyin ən üstünü fədakarlıqdır.»
Mənbə: Mizanul – hikmət Fədakarlıq
İmam Əli (ə):«Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür.»
Mənbə: Mizanul – hikmət Fədakarlıq
İmam Əli (ə):«Fədakarlıq yaxşılıqların ən gözəli və imanın dərəcələrinin ən üstünüdür.
Mənbə: Mizanul – hikmət Fədakarlıq
İmam Əli (ə):«Fədakarlıq yaxşı əməl sahiblərinin xislətidir.»
Mənbə: Mizanul – hikmət Fədakarlıq
İmam Əli (ə):«Fədakarlıq ən ali insani sifətdir.»
Mənbə: Mizanul – hikmət Fədakarlıq

Populyar Mövzular

Ən çox axtarılan mövzular

Fədakarlıq 12 İcarə 8 Möminlər 5 Əhli-Beytə (ə) məhəbbət 4 Əxlaq 3 iman 3 Haram məclislər 1 Təqva 1 Xoşbəxtlik 1 Ədalət 1 Əcəl 1

Populyar Açar Sözlər

Ən çox axtarılan açar sözlər

Toplam 7 açar söz | Açar sözlər üzərində klik edərək hədisləri axtara bilərsiniz