"Təqva" mövzusunda 1 hədis
Təmizlə
Əmirəl-möminin Əli (ə) buyurur: “Bir kişi Rəsuli-Əkrəm (s.)-in yanına gəlib dedi: Mənə elə əməl öyrət ki, onu etdikdə Allah və bütün məxluqat məni sevsin, Allah mal-dövlətimi artırsın, bəndənimi sağlam etsin, ömrümü uzatsın və məni (qiyamətdə) səninlə birlikdə dirildib məhşur etsin. Həzrət buyurdu: Bu altı xislətin digər altı xislətə ehtiyacı vardır. Əgər Allahın səni sevməsini istəyirsənsə, Ondan qorx və Onun qarşısında təqvalı ol. Məxluqların sevməsini istəyirsənsə, onlara yaxşılıq et, onların əllərində olanlarından gözünü çək. Allahın sənin mal-dövlətini artırmasını istəyirsənsə, malının zəkatını ver, sənə səhhəti-bədən verməsini istəyirsənsə, çoxlu sədəqə ver, uzun ömür verməsini istəyirsənsə, qohum-əqrəbanla sıx əlaqə saxla, səni mənimlə bir yerdə məhşur etməsini istəyirsənsə Vahid və Qəhhar Allaha uzun-uzadı səcdə et”. (Səfinətul-bihar 1/ 599)