"Əhli-Beyt" üçün 4 nəticə tapıldı
Təmizlə
Rəsuli-Əkrəm (s) buyurur: “Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla”. (Cameus-səğir 1/ 14)
İmam Sadiq (ə) buyurur: “Həqiqətən hər bir ibadətdən üstün bir ibadət var, ən yaxşı ibadət isə biz Əhli-Beytə məhəbbət bəsləməkdir (bundan daha üstün ibadət yoxdur)”. (Biharul-ənvar 27/ 91)
İmam Məhəmməd Baqir (ə) buyurur: “Bəndənin Allah dərgahına yaxınlaşmasına səbəb olan əməllərin ən yaxşısı Allaha, Onun Rəsuluna və ixtiyar sahiblərinə (imamlara) itaət etməkdir. (Yenə buyurur: ) Bizə məhəbbət bəsləmək iman, ədavət bəsləmək küfürdür”. (Kafi 1/ 187)
İmam Sadiq (ə) buyurur: “Hər kəs bizim özümüzə yaxşılıq etməyə qadir olmasa, əməli-saleh dostlarımız yaxşılıq etsin və hər kəs bizi ziyarət etməyə qadir olmasa, saleh şiələrin ziyarətinə getsin. Bu halda onun üçün bizi ziyarət etmək savabı yazılacaq.”. (Biharul-ənvar 74/ 354)