Ən-Nəhl surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ən-Nəhl surəsi" üzrə 128 ayə tapıldı.
(İslamın qələbəsi və müşriklərin əzabı barədə) Allahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin. Allah ona şərik qoşduqlarından pak və ucadır.
Mələkləri Öz əmri ilə ruhla (vəhy və Qur’anla) birlikdə bəndələrindən istədiyinə nazil edir ki, xəbərdarlıq edin: «Məndən başqa bir məbud yoxdur, odur ki, Məndən qorxun!»
Göyləri və yeri (və bu ikisinin arasında olanları) haqq olaraq (və uca və əqli əsasları olan bir məqsəd üçün) yaratdı. O, onların şərik qoşduqlarından uca və üstündür.
İnsanı (onun ilk ata–anası istisna olmaqla) nütfədən (valideyinlərin bir-birinə qarışmış dəyərsiz nütfəsindən) yaratdı. Amma (bununla belə) o, birdən-birə açıq-aşkar düşmən(ə çevrilmiş)dir (ki, hətta öz yaradanına qarşı çıxır).
Və dördayaqlıları (dəvə, inək və qoyunu) yaratdı. Onlarda sizin üçün bədənin istiliyi və həyatın rahatlığı vasitəsi və (digər) xeyirlər vardır. Və siz onlardan (onların südündən və ətindən) yeyirsiniz.
Və onlar(ı saxlamaq)da sizin üçün onları axşamlar otlaqdan istirahət yerlərinə qaytaranda və səhərlər otlağa göndərəndə bir gözəllik və zinət vardır.
Onlar sizin ağır yüklərinizi yalnız çox çətinlik bahasına yetişə biləcəyiniz şəhərə daşıyırlar. Həqiqətən sizin Rəbbiniz çox şəfqətli və mehribandır.
Atları, qatırları və ulaqları onlara minməyiniz və həm də zinət və bəzək olsunlar deyə (yaratdı). Həmçinin (hələ yer üzündə xam malını yaratmaq və sizə ixtira etmək qüdrəti verməklə) sizin (mühərriklə işləyən nəqliyyat vasitələri kimi) bilmədiyiniz şeyləri də yaradacaqdır.
Və (əqidə, nəfsin adətləri və əməllərin) düzgün yol(unu göstərmək) Allahın öhdəsinədir və yollardan bəzisi əyridir. Əgər istəsəydi sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin din yolunu seçməkdə məcburiyyət yoxdur).
Göydən sizin üçün (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Sizin (istər yerin altından, istər üstündən götürdüyünüz) içməli suyunuz ondandır və heyvanları otardığınız ağac və ot ondan bitir.
Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır.
Gecəni və gündüzü və günəş ilə ayı sizə ram etdi və bütün ulduzlar Onun mütləq iradəsi qarşısında ramdırlar. Əlbəttə, bunda (bu ram olmaqda) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.
Həmçinin bu yerdə sizin üçün müxtəlif növlərdə və müxtəlif rənglərdə yaratdığı şeyləri (dağları, fəzaları, səhraları və heyvanları ram etdi). Həqiqətən bunda (bu məxluqlarda və onların təsir və xüsusiyyətlərində) ibrət alan dəstə üçün bir nişanə vardır.
Və təzə ət yeməyiniz və geyindiyiniz (lə’l və mərcan kimi) zinətləri çıxarmağınız üçün dənizi ram edən Odur. Və gəmiləri onda (dənizin sinəsini) yaran görərsən (sizin müxtəlif ehtiyaclarınızı təmin etmək üçün) və (ticarət və digər yollarla) Allahın lütfündən axtarasınız deyə! Və bəlkə şükr etdiniz.
Və yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrəməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu).
Və həmçinin (yerdə, insanları öz məqsədlərinə doğru istiqamətləndirmək üçün) əlamətlər (qoydu) və onlar (axşam) (qütb və sairə) ulduz(unun) vasitəsilə yolu tapırlar.
Belə isə, heç yaradan kəs (yuxarıdakı işləri yoxdan var edə bilən kəs, heç bir şey) yaratmayan kəs kimidir? Heç öyüd-nəsihət almırsınız?!
Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz (o ki, qaldı hamısının şükrünü yerinə yetirəsiniz). Şübhəsiz, Allah çox bağışlayan və mehribandır.
Allah gizlətdiklərinizi də (qəlbinizin sirlərini və camaatdan gizlətdiyiniz əməl və mallarınızı da) və (danışıq, əməl və mallarınızdan) aşkar etdiklərinizi də bilir.
Onların Allahın yerinə çağırdıqları kəslər bir şey yaratmırlar və onların özləri yaradılırlar.
128 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
7 Səhifə