"biz" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "biz" üzrə 1198 ayə tapıldı.
Beləliklə, ona və onunla birgə olanlara Öz rəhmətimizlə nicat verdik və Bizim ayələrimizi təkzib edən və mömin olmayanların kökünü və nəslini kəsdik.
Onun qövmünün təkəbbürlü başçı və böyükləri onların zəif salınmış möminlərinə dedilər: «Siz Salehin, Rəbbi tərəfindən göndərildiyini bilirsiniz?» Onlar dedilər: «Şübhəsiz, biz onun, göndərilmiş olduğu şeyə iman gətirmişik».
Beləliklə, o dişi dəvənin ayaqlarını kəsdilər, Rəbblərinin əmrindən boyun qaçırdılar və dedilər: «Ey Saleh, əgər göndərilmiş (peyğəmbər)lərdənsənsə, bizə vəd etdiyini gətir».
Və əgər sizdən bir dəstə mənim göndərildiyim şeyə iman gətirib və bir dəstə iman gətirməyibsə, Allah bizim aramızda hökm çıxarana kimi səbr edin (mübarizəyə qalxmayın). O, hökm çıxaranların ən yaxşısıdır».
Onun qövmünün təkəbbürlü başçıları və böyükləri dedilər: «Ey Şüeyb, şübhəsiz, (ya) səni və səninlə birgə iman gətirənləri diyarımızdan və cəmiyyətimizdən çıxaracağıq, ya da ki, bizim dinimizə daxil olacaqsınız». Dedi: «Hətta nifrət bəsləsək belə?
Əgər Allah bizə sizin dininizdən nicat verdikdən sonra, biz ona daxil olsaq (Allahın şərikinin olmasını desək), şübhəsiz, Allaha qarşı yalan uydurmuş olarıq. Bizə, Rəbbimizin istəməsi istisna olmaqla (ki, əlbəttə Rəbbimiz də heç vaxt istəməyəcəkdir,) sizin dininizə daxil olmaq yaraşmaz. Bizim Rəbbimiz elm və agahlıq baxımından hər şeyi əhatə etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında haqq əsasında hökm çıxar və (ixtilafı) həll et ki, sən hakim və həll edənlərin ən yaxşısısan».
Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar.
Sonra o pislik və çətinliyin yerinə yaxşılıq və xoşluq gətirdik, nəhayət (mal və övlad baxımından) artdılar və (yenə də ayılmayaraq) «bizim atalarımıza da narahatlıq və rahatlıq üz vermişdi (bu, təbii bir işdir, pərdə arxasında bir səbəbkar yoxdur)» dedilər. Belə olduqda, özləri də bilmədən, qəflətən onları yaxaladıq.
Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq.
Belə isə, görəsən şəhər və kəndlərin əhalisi Bizim əzabımızın onlara gecə vaxtı yatdıqları zaman gəlməsindən xatircəmdirlər?
Və görəsən şəhər və kəndlərin əhalisi Bizim əzabımızın gündüz çağı (dünya) oyunlar(ın)a (və günah işlərə) başları qarışan halda onlara gəlməsindən xatircəmdirlər?
Məgər yer üzünün onun sahiblərindən sonra varisi olmuş şəxsləri bu mətləb hidayət etmədimi (və onlar üçün aydınlaşdırmadımı) ki, əgər Biz istəsək günahları müqabilində onları əzaba düçar edər və qəlblərinə (bədbəxtlik) möhür(ü) vurarıq ki, bir daha (haqq sözü) eşitməsinlər?!
Və sehrbazlar Fironun yanına gələrək dedilər: «Əgər biz qalib gəlsək, bizim üçün mütləq mühüm bir muzd olacaqmı?»
Biz Musaya «öz əsanı at!» deyə vəhy etdik. (Elə ki, Musa əsasını atdı, əsa əjdaha oldu.) Beləliklə, sehrbazların yalandan düzəltdiklərini qəfildən sürətlə tutub udurdu.
Dedilər: «(Onsuz da) Biz Rəbbimizə tərəf dönəcəyik (buna görə də sənin hədələrindən qorxmuruq).
Sən bizə yalnız Rəbbimizin ayə və nişanələri bizə yetişən zaman, onlara iman gətirməyimizi eyb və irad tutursan. Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə (bolluca) səbr endir və bizi müsəlman olaraq öldür.»
Və Fironun qövmünün başçıları və böyükləri dedilər: «Musanı və onun qövmünü azad buraxırsan ki, yer üzündə fəsad törətsinlər və səni və tanrılarını boşlasınlar?» (Firon bütləri və ulduzları öz allahı, özünü isə camaatın allahı hesab edirdi. Yaxud da onları camaatın məbudu, özünü isə onların məbudu bilirdi.) Dedi: «Tezliklə, onların oğlanlarını (Musanın gəlişindən qabaq olduğu kimi) dəhşətli şəkildə öldürəcək və qadınlarını diri saxlayacağıq və biz onlara hakimik».
Onlar dedilər: «Biz həm sən bizə gəlməmişdən qabaq və həm də gəldikdən sonra əzab-əziyyət çəkdik!» Dedi: «Ümid var ki, Rəbbiniz düşməninizi həlak və sizi bu torpaqda canişin etsin, beləliklə də necə davranacağınıza baxsın.»
1198 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
60 Səhifə