Əs-Saffat surəsi - Ayə 134 #37:134 (Yada sal) o zaman(ı) ki, Biz ona və bütün ailəsinə nicat verdik.
Əs-Saffat surəsi - Ayə 137 #37:137 Həqiqətən siz (Məkkə əhli Şama səfər zamanı) səhər çağı onların yanından keçirsiniz.
Əs-Saffat surəsi - Ayə 140 #37:140 (Yada sal) o zaman(ı) ki, o, (müsafir və yüklə) dolu gəmiyə tərəf qaçdı (və ona mindi).
Əs-Saffat surəsi - Ayə 141 #37:141 Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.
Əs-Saffat surəsi - Ayə 143 #37:143 Buna görə də əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək pak sifətlərlə mədh edənlərdən olmasaydı,
Əs-Saffat surəsi - Ayə 146 #37:146 Və onun başı üzərində balqabaq (yaxud banan və ya əncir) növündən bir tağ bitirdik.
Əs-Saffat surəsi - Ayə 148 #37:148 Beləliklə onlar iman gətirdilər və Biz onları (müəyyən) bir müddət(ədək həyatdan) bəhrələndirdik.
Əs-Saffat surəsi - Ayə 150 #37:150 Yoxsa ki, Biz mələkləri qız cinsindən yaratmışıq və onlar orada olub (buna) şahid olublar?!»
Əs-Saffat surəsi - Ayə 158 #37:158 Onlar Allahla cinlər arasında qohumluq əlaqəsinin olmasına qail oldular, halbuki cinlər özləri (qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklərini bilirlər.
Əs-Saffat surəsi - Ayə 163 #37:163 (Küfr və inadına görə) cəhənnəmə gedəsi və yanası şəxs istisna olmaqla.
Əs-Saffat surəsi - Ayə 164 #37:164 (Mələklər özlərinin rəbb olmalarını inkar edərək deyərlər:) «Bizim hər birimizin (Allah yanında) müəyyən məqam və rütbəsi vardır.»
Əs-Saffat surəsi - Ayə 168 #37:168 «Əgər bizim yanımızda keçmişlərdən (keçmiş nəsillərdə olan kitablar qismindən) bir yada salan (kitab) olsaydı,
Əs-Saffat surəsi - Ayə 170 #37:170 Amma (elə ki, keçmişlərin kitablarından yaxşı bir kitab gəldi) ona kafir oldular. Tezliklə (küfrlərinin cəzasının nə olmasını) biləcəklər.