Musa alovun yanına çatdıqda belə bir nida gəldi: «Alovun içində olan (qüdrət və cəlalı alovda təcəlli edən Allah, yaxud alovun içində Allahın müqəddəsliyini bəyan edən mələklər), alovun yanında olan (Musa) çox xeyirli və bərəkətlidir. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir.»
Süleymanın cin, insan və quşlardan ibarət olan qoşunu (döyüşə çıxmaq, ya hərbi hazırlıq üçün) toplandı. Qoşunun əvvəlinin və axırının birlikdə olması üçün hamısını bir yerə yığdılar.
Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!»
Onlar bir-birlərinə dedilər: «Allaha birlikdə and için ki, ona və ailəsinə gecə ikən hücum edək, sonra da qəyyumuna (vəlisinə) deyərik ki, biz (onun və) ailəsinin (kim tərəfindən) qətl olunduğunu görməmişik və əlbəttə, biz düz danışanıq».
Və (nida gəldi ki,:) «Əsanı yerə at. (Atdı və) onun ilan (ya cin) kimi sürətlə hərəkət etdiyini gördükdə, geri dönüb qaçdı və arxasına (belə) baxmadı. (Buyuruldu:) «Ey Musa, irəli gəl və qorxma, həqiqətən, sən amanda olanlardansan».
Lakin Biz silsilə dövrlərdə bir sıra cəmiyyətlər yaratdıq, (onların) ömürləri çox uzun oldu (onların xəbərləri köhnəldi və dəyişdi. Biz o xəbərləri indi sənə vəhy edirik). Sən Mədyən əhalisi içində yaşamırdın ki, Bizim ayələrimizi bunlara (Məkkə müşriklərinə öz gördüklərini) söyləyəsən. Lakin Biz göndərənik (peyğəmbərləri göndərir və keçmişdəkilərin xəbərlərini onlara vəhy edirik ki, insanlara söyləsinlər).
Və (yada sal) o günü ki, (Allah) onlara xitab edib deyər: «(Tanrılıqda, ibadət və ya itaətdə Mənimlə şərik olduqlarını) güman etdiyiniz o şəriklərim (bütlər, ulduzlar, cinlər və sairə) haradadırlar?!»
Və (yada sal) o günü ki, (Allah) onlara xitab edib deyəcəkdir: «(Tanrılıq, ibadət və ya itaətdə Mənimlə şərik olduqlarını) güman etdiyiniz o şəriklər (bütlər, ulduzlar, cinlər və başqaları) haradadırlar?!»
(Bir gün Qarun) şəxsi zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyənlər dedilər: «Kaş Qaruna verilən qazanc bizə də veriləydi! Həqiqətən, o (dünyada) böyük bir qazanc sahibidir».
«(Doğrudanmı) siz kişilərlə cinsi əlaqədə olur və yol kəsirsiniz (nəsil artırma yolunu yaxud da şəhərin yolunu oradan keçənlərin üzünə bağlayırsınız) və ümumi məclislərinizdə çirkin işlər görürsünüz?!» Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Əgər düz danışanlardansansa, bizə Allahın əzabını gətir!»
(İbrahim) dedi: «Lut oradadır!» Dedilər: «Biz orada olanları daha yaxşı bilirik, mütləq onu və ailəsini xilas edəcəyik. Yalnız zövcəsindən başqa. O, (əzab içində) qalanlardandır».
Bizim göndərdiklərimiz (elçilərimiz) Lutun yanına gələndə, onlara (qövmünün onların dalınca gələ biləcəklərinə) görə halı pisləşdi və taqəti azaldı. Dedilər: «Qorxma və qəmgin olma, Biz sənin və ailənin xilaskarıyıq. Yalnız zövcəndən savayı. O (əzab içində) qalanlardandır».
Qiyamətin qopacağı gün – məhz o gün – hamı bir-birlərindən ayrılacaq (cinlər adamlardan, insanlar şeytanlardan, möminlər kafirlərdən və yaxşı iş görənlər pis iş görənlərdən).
Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.
Qohumların, fəqirin (miskinin) və (pulu qurtarıb) yolda qalan kəsin haqqını ver. (Yaxın qohumlarının yaşayış xərcini, Peyğəmbərin yaxın qohumlarına (məsumlara) ənfal və xumsu, yoxsullara zəkatı, yolda qalan kəslərə zəkat və xumsu ver.) Bu (cür xərcləmək) Allahın razılığını istəyənlər üçün daha yaxşıdır və səadətə qovuşanlar onlardır.
Bunlar Allahın yaratdıqlarıdır, (siz də) Mənə Allahdan başqalarının (Allahın şəriki hesab etdiklərinizin) nə yaratdığını göstərin. (Onlar heç bir şey yaratmamışlar), xeyr, bu zalımlar açıq-aşkar azğınlıq içindədirlər.
(Loğman dedi:) «Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır».