"Cin" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Cin" üzrə 492 ayə tapıldı.
Aləmlər (mələklər, insanlar və cinlər aləmi) içərisində (Allahın) salam(ı) olsun Nuha! (Dünya əhalisi gərək ona salam göndərsin.)
Onlar Allahla cinlər arasında qohumluq əlaqəsinin olmasına qail oldular, halbuki cinlər özləri (qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklərini bilirlər.
Onlar özlərinə (mələk və cinlərdən deyil) öz (cins)lərindən qorxudan gəlməsindən təəccüb etdilər. Və kafirlər dedilər: «Bu, yalançı bir cadugərdir!
Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmud, Lutun qövmü və Əykə əhli (Şüeybin qarğı sahibləri olan qövmü təkzib etdi). (Bizimlə və Bizim peyğəmbərimizlə vuruşan) həmin dəstələr onlar idi.
Həmçinin hər bənna və dalğıcdan olan (cin) şeytanları(nı bina tikmək və dənizdən ləl-cəvahir çıxarmaq üçün ona ram etdik).
Və o cinsdən olan müxtəlif əzablar və digər yeməklər (var ki, onları dadmalıdırlar).
(Həmçinin deyərlər:) Ey Rəbbimiz! Bunu (bu vəziyyəti) bizim qarşımıza çıxaran kəsin oddakı əzabını (özlərinin və bizi azdırmalarının əzabı olaraq) ikiqat artır!
(Allah) buyurdu: «Belə isə oradan (göylərdən, mələklərin içindən və ilahi dərgaha yaxınlıq məqamından) xaric ol ki, sən həqiqətən qovulmuşsan!
Bilin ki, xalis din, etiqad və itaət Allaha məxsusdur. Allahın yerinə (mələk, cin və müqəddəs insanlardan) başçı və rəbb götürənlər «biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik» (deyirlər). Həqiqətən Allah onların (və möminlərin) arasında, haqqında ixtilafda olduqları şey barəsində (qiyamət günü) hökm çıxaracaqdır. Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz.
(Əzab içində olan həmin kafir yaxşıdır) yoxsa gecənin saatlarını səcdə və qiyam (ayaq üstə), itaət və xüzu ilə (müticəsinə) keçirən, axirətdən (axirət əzabından) qorxan və Rəbbinin mərhəmətinə ümid bəsləyən şəxs? De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?» Yalnız əsl ağıl sahibləri ibrət götürərlər.
Onlar üçün başlarının üstündə oddan «kölgəliklər», həmçinin ayaqlarının altında (aşağıdakı təbəqənin odundan) «kölgəliklər» vardır. Allahın Öz bəndələrini qorxutduğu budur (bu əzabdır). Ey Mənim bəndələrim, Məndən qorxun!
Kafirlər dəstə-dəstə Cəhənnəmə tərəf sürüklənəcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və gözətçiləri (məzəmmətlə) onlara deyəcəklər: «Məgər sizə özünüzdən (öz cinsinizdən) Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu günün görüşündən qorxudan peyğəmbərlər gəlməmişdi?» Onlar deyərlər: «Bəli (gəlmişdilər), lakin (biz öz küfr və inadkarlığımıza israr etdik və nəhayət Allahın) əzab vədi kafirlərə qəti oldu.»
Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
Onlar deyərlər: «Ey Rəbbimiz! (Dünya həyatından və tovhid çağırışının gerçəkləşməsindən sonra) bizi iki dəfə öldürüb iki dəfə diriltdin (dünyada öldürüb Bərzəxdə diriltdin və Bərzəxdə öldürüb Qiyamətdə diriltdin), beləliklə biz öz günahlarımızı (birinci dirilməyi, həmçinin ikinci ölüm və dirilməyi inkar etməyimizi) etiraf etdik. Belə isə (buradan) çıxmaq üçün bir yol varmı?»
O Allahı ki, kamalının dərəcələri uca, yaratdıqlarının dərəcələrini yüksəldən və (göylərin üstündə yerləşib hökmranlıq məkanı və dünya işlərinin idarəçiliyi fərmanlarının verilməsi mərkəzi olan) ərşin sahibidir. O, Ruhu (Ruh mələyini) Öz əmri ilə bəndələrindən istədiyinə (peyğəmbərlərə) göndərir ki, (insanları) qovuşma günü ilə (Bərzəx ruhlarının Məhşər bədənlərinə, bütün dirilənlərin Allaha, insan, mələk, cin və şeytanların bir-birlərinə və Allah qarşısında cavabdehlik daşıyan hər bir kəsin öz əməllərinin cəzasına qovuşacağı gün ilə) qorxutsun.
492 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
25 Səhifə