"it" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "it" üzrə 1171 ayə tapıldı.
«Şübhəsiz, mənim başçı və köməkçim bu kitabı nazil edən Allahdır. Odur saleh (bəndə)lərə başçılıq və yardım edən!».
Əgər onları doğru yola dəvət etsəniz eşitməzlər. (Ey Peyğəmbər,) onları (müşrikləri) sənə baxan görürsən, lakin onlar (əslində) görmürlər.
Səndən «ənfal» (bu ayənin nazil edilməsinə səbəb olan döyüş qənimətləri də nümunələrindən biri olan müxtəlif adlı çoxlu ümumi mallar) barəsində soruşurlar, de: «Ənfal» Allaha və Onun Peyğəmbərinə məxsusdur (onların həqiqi sahibi Allah, şərti sahibi isə Onun nümayəndəsi olaraq Peyğəmbərdir). Odur ki, Allahdan qorxun, aralarınızdakı əlaqələri düzəldin (və «ənfal» üstündə mübahisə və dava-dalaş etməyin) və əgər möminsinizsə, Allaha və Onun Peyğəmbərinə itaət edin».
O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, Şeytanın murdarlığını (Şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi.
O zaman Rəbbin mələklərə vəhy edirdi ki: «Mən sizinləyəm! Odur ki, iman gətirənlərin qədəmlərini sabit edin. Tezliklə kafirlərin qəlblərinə qorxu salaram. Beləliklə, boyunlarına (başlarına) zərbələr endirin və barmaqlarının hamısının ucunu kəsin».
Ey iman gətirənlər, Allaha və (verdiyi əmrlərdə) Onun Peyğəmbərinə itaət edin və (onun məntiqə uyğun dəvətini) eşidə-eşidə ondan üz döndərməyin.
Həqiqətən Allah yanında, tərpənən canlıların ən pisi düşünməyən (haqqı eşitməkdə) kar və (haqqı deməkdə) lal (olan) insanlardır.
Əgər Allah onlarda bir xeyir bilsəydi (əgər onların haqqı qəbul edən gözəl batinləri olsaydı), onlara (hətta peyğəmbərlər vasitəsi ilə təbliği təkrar etməklə olsaydı belə) mütləq eşitdirərdi. Əgər (indiki halda) onlara eşitdirsə, onlar (elə qəlbən də) dönük olduqları halda mütləq üz döndərərlər.
(Bəlasına) sizin yalnız zalımlarınızın düçar olmayacağı (hamını bürüyəcəyi) fitnədən (fəsad və günahların ziddiyyətlər, əmr be mərufun yerinə yetirilməməsi və mühüm məqamların ləyaqətsiz insanların əlində olması kimi nəticələrindən) qorxun və bilin ki, Allah ağır cəzalandırandır.
Bizim kitabın ayələri onlara oxunduqda (inadın və təkəbbürün çoxluğundan) «əlbəttə eşitdik; əgər istəsək biz də bunun kimisini deyərik; bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir» deyərlər.
Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir. (İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin kitab əhlinə aid olmasına dəlalət edir).
Onların Kə’bə evinin yanındakı namaz və duaları fit və əl çalmaqdan başqa bir şey deyildi. Buna görə də etdiyiniz küfrün cəzası olaraq dadın (dünya və axirət) əzabı(nı)!
Kafirlərə de: «Əgər (küfrdən) əl çəksələr (və İslamı qəbul etsələr) keçənlər (günahlarına görə çəkməli olduqları cəzalar, əməllərinin qəzası, kəffarələr, Allaha olan borcları və axirət əzabları) onlara bağışlanar. (Amma) əgər (küfrə və haqq ilə mübarizəyə) qayıtsalar, şübhəsiz, (Bizim) əvvəlkilərin (barəsindəki) yolu(muz, Bizim itaətsiz azğınları həlak və məhv etmək barəsindəki ənənəvi qanunumuz) keçmişdir (və bunlarla da elə rəftar edərik).»
Əgər Allaha və (haqqın batildən) ayrılıq günü – o iki dəstənin (müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin, (kafirlərlə döyüşdən və ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya və mallardan nə qənimət əldə etsəniz, onda, şübhəsiz onun beşdə biri Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun, yetimlərin, yoxsulların və yolda (İslam və müsəlmanlar üçün lazım olan hər bir dini və dünyəvi hədəf yolunda) qalanlarındır. (Allah onun həqiqi sahibi, Peyğəmbər və onun yaxınları isə ümmətin imamı olaraq onun şərti sahibidirlər. Peyğəmbərin qohumlarından olan digər üç dəstə isə həmin maldan onlar üçün xərclənmək haqqına malikdirlər.) Allah hər şeyə qadirdir. (Bu surənin birinci ayəsində bütün döyüş qənimətlərinin Allaha və Onun Peyğəmbərinə məxsus olduğu bildirilmişdi. 69-cu ayədə isə onun hamısı möminlərə mübah edilmişdi. Həmin iki ayəyə iman gətirdikdən sonra bu ayə qaranlıqları aradan qaldırır ki, onun xumsu, yəni beşdə biri Allahın, Peyğəmbərin və adı çəkilən dəstələrin, yerdə qalanı isə döyüşçülərindir).
Allaha və Onun Peyğəmbərinə (vacib əmrlərində) itaət edin və bir-birinizlə çəkişməyin və mübahisə etməyin ki, süstləşərək qorxaqlaşar və ağalıq və hökmranlığınız aradan gedər, sizə (bir daha) qələbə yeli əsməz. Səbr edin ki, həqiqətən Allah səbrlilərlədir.
Vasitəsiylə Allahın düşmənini, öz düşməninizi və onlardan qeyri – sizin tanımadığınız və Allahın tanıdığı – digər düşmənləri qorxutmaq üçün onların müqabilində bacardığınız qədər qüvvə (insan qüvvəsi, müasir silahlar və döyüş xərcləri) və bağlanmış və bəslənmiş atlar (münasib minik vasitələri) tədarük görün. Allah yoluna hər nə xərcləsəniz, (Qiyamət günü) o, kamil surətdə sizə veriləcəkdir və sizə əsla zülm edilməyəcəkdir (haqqınızdan kəsilməyəcəkdir).
Əgər (sülh və barışıqda, yaxud başqa bir məsələdə) səni aldatmaq istəsələr, şübhəsiz sənə Allah kifayət edər. Səni Öz (qeyb) köməyi və möminlərin vasitəsilə qüvvətləndirən Odur.
Kafirlər də bir-birlərinin müttəfiq və dostudurlar. Əgər bunu (möminlərlə birlik və kafirlərdən uzaqlaşmaq barəsindəki bu əmri) yerinə yetirməsəniz, yer üzündə fitnə və böyük bir fəsad baş verəcəkdir.
1171 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
59 Səhifə