"axirət" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "axirət" üzrə 351 ayə tapıldı.
(Təlaq verilmiş qadınlar) iddə müddətinin axırına yaxınlaşdıqda, ya onları (evliliyə qayıtmaqla) yaxşılıqla (evlilik vəzifələrinə əməl etməklə) saxlayın, yaxud (iddə qurtardıqdan sonra) xoşluqla ( mehriyyəni və vacib hüquqları ödəməklə) onlardan ayrılın. (Təlaq icra olunan zaman) özünüzdən (möminlərdən) olan iki adil kişini şahid tutun və (siz ey şahidlər,) şəhadəti Allaha görə verin (saxtakarlıq etməyin). Bununla (bu əmrlərlə) Allaha və axirət gününə iman gətirən şəxsə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar.
Allah onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır. Belə isə, ey iman gətirən ağıl sahibləri, Allahdan qorxun! Şübhəsiz, Allah sizə bir öyüd-nəsihət vasitəsi nazil etmişdir.
Və şübhəsiz, Biz (sizə) ən yaxın olan göyü çıraqlarla (ulduzlarla) zinətləndirdik və onları şeytanların daşlanması üçün vasitə etdik, onlar üçün (şeytanlar üçün axirətdə) yandırıcı odun əzabını hazırlamışıq.
Ya, bəlkə Qiyamət gününədək sizin Bizimlə möhkəm əhd-peymanınız vardır ki, (Cənnət və axirət nemətlərindən) hər nəyə hökm etsəniz, sizin olacaqdır?!
Nuh dedi: «Ey Rəbbim, onlar mənə asi oldular və mal-dövləti,övladları onlara (axirət) ziyanından başqa bir şey artırmayan kəsə (öz rəislərinə və əyan-əşrafa) tabe oldular».
Belə deyildir (axirəti inkar etməyiniz ona şəkk etdiyinizə görə deyil,) əslində siz bu tez keçib – gedən dünyanı sevirsiniz.
Biz onları yaratmışıq və oynaqlarının bəndlərini bərkitmişik və istədiyimiz zaman onları (öldürərik və) özləri kimilərlə (dünyada gələcək əsrlərin insanları yaxud da axirətdə yeni bədənlərilə) onların təsəvvürlərinə sığışmayan heyrət doğurucu bir əvəzetmə ilə əvəz edərik.
Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır.).
Onlar Qiyaməti gördükləri gün (belə güman edəcəklər ki, dünyada, yaxud bütün Bərzəx aləmi boyunca) elə bil yalnız bir axşam, yaxud bir səhərdən artıq qalmamışlar. (Axirət aləminin əbədiyyətinin müqabilində nəzərlərinə belə gələcəkdir).
351 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
18 Səhifə