"axirət" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "axirət" üzrə 351 ayə tapıldı.
Onlar əsla oradan çıxan deyillər (dünyada səbəbin məhdud əhatəsində olduqları kimi axirətdə də nəticənin əbədilik əhatəsində olarlar).
Və and olsun («Uxdud» hadisəsini) müşahidə edənə və onların müşahidə etdiklərinə («Uxdud»da yandırılanlara, öz ümmətinə şahid olan hər bir peyğəmbərə və onun ümmətindən şahid olduğu hər bir saleh şəxsə, axirətdə bütün keçmiş peyğəmbərlərə şahid olacaq İslam Peyğəmbərinə və onun şahid olduğu kəslərə, axirətdə insanların əməllərinə şahid olan hər bir mələyə, onların şahid olduğu əməli saleh insanlara, Allah evini ziyarət edənlərə şahid olan «Həcərül - Əsvəd»ə və onun şahid olduqlarına);
Həqiqətən, bu (deyilənlər: mənəvi paklıq və nicat, öyüd – nəsihət və namaz, dünyanı axirətdən üstün tutma) bütün keçmiş səmavi kitablarda yazılmışdır.
Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir. (Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar). Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir.
Sən onların üzərində hakim deyilsən (onların qəlbinə hakim deyilsən ki, onları iman gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən).
Və şübhəsiz, axirət də dünya da (ilk yaradılan aləm və yox olduqdan sonra yenidən qaytarılan aləm) Bizə məxsusdur və Bizim iradəmizə tabedir.
Və adını sənin (əzəmətin) üçün ucaltdıq (ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə yer kürəsini əhatə etsin və axirətdə Məhmud–bəyənilən olasan).
351 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
18 Səhifə