Əs-Saffat surəsi - Ayə 134 #37:134 (Yada sal) o zaman(ı) ki, Biz ona və bütün ailəsinə nicat verdik.
Əs-Saffat surəsi - Ayə 135 #37:135 (Lutun qövmünə gələn əzabda) qalanların içərisində olan qoca qarı istisna olmaqla!
Əs-Saffat surəsi - Ayə 137 #37:137 Həqiqətən siz (Məkkə əhli Şama səfər zamanı) səhər çağı onların yanından keçirsiniz.
Əs-Saffat surəsi - Ayə 140 #37:140 (Yada sal) o zaman(ı) ki, o, (müsafir və yüklə) dolu gəmiyə tərəf qaçdı (və ona mindi).
Əs-Saffat surəsi - Ayə 141 #37:141 Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.
Əs-Saffat surəsi - Ayə 142 #37:142 O, məzəmmətə layiq iş gördüyü və özünü qınadığı halda balıq onu uddu.
Əs-Saffat surəsi - Ayə 143 #37:143 Buna görə də əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək pak sifətlərlə mədh edənlərdən olmasaydı,
Əs-Saffat surəsi - Ayə 144 #37:144 mütləq (insanların qəbirlərdən) qaldırılacaqları günə kimi həmin balığın qarnında qalardı.
Əs-Saffat surəsi - Ayə 148 #37:148 Beləliklə onlar iman gətirdilər və Biz onları (müəyyən) bir müddət(ədək həyatdan) bəhrələndirdik.
Əs-Saffat surəsi - Ayə 149 #37:149 Buna görə də onlardan (Məkkə müşriklərindən) soruş: «Qızlar sənin Rəbbinin, oğlanlar isə onlarındır?!
Əs-Saffat surəsi - Ayə 150 #37:150 Yoxsa ki, Biz mələkləri qız cinsindən yaratmışıq və onlar orada olub (buna) şahid olublar?!»
Əs-Saffat surəsi - Ayə 153 #37:153 (Hətta övlad götürməsini fərz etsək belə) məgər (Allah) qızları oğlanlardan üstün tutmuşdur?!