Əs-Saffat surəsi - Ayə 158 #37:158 Onlar Allahla cinlər arasında qohumluq əlaqəsinin olmasına qail oldular, halbuki cinlər özləri (qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklərini bilirlər.
Əs-Saffat surəsi - Ayə 159 #37:159 Allah onların sadaladıqları sifətlərdən (şəriki olmaqdan, törəmək və cinlərlə qohum olmaqdan) pak (və uzaq)dır.
Əs-Saffat surəsi - Ayə 160 #37:160 Allahın xalis və seçilmiş bəndələri(nin Onun üçün sadaladıqları digər sifətlər) istisnadır.
Əs-Saffat surəsi - Ayə 162 #37:162 (bəli,) siz heç vaxt (cəmiyyəti) Allahın hədəfinin əksinə olaraq azğınlığa sürükləyə bilməzsiniz!
Əs-Saffat surəsi - Ayə 163 #37:163 (Küfr və inadına görə) cəhənnəmə gedəsi və yanası şəxs istisna olmaqla.
Əs-Saffat surəsi - Ayə 164 #37:164 (Mələklər özlərinin rəbb olmalarını inkar edərək deyərlər:) «Bizim hər birimizin (Allah yanında) müəyyən məqam və rütbəsi vardır.»
Əs-Saffat surəsi - Ayə 165 #37:165 Şübhəsiz, (Allahın əmrini yerinə yetirmək üçün daim) sıralanan bizik.
Əs-Saffat surəsi - Ayə 166 #37:166 Əlbəttə (dil və ürəkdə olan səmimi etiqadla) Allahı pak sifətlərlə mədh edən bizik.
Əs-Saffat surəsi - Ayə 168 #37:168 «Əgər bizim yanımızda keçmişlərdən (keçmiş nəsillərdə olan kitablar qismindən) bir yada salan (kitab) olsaydı,
Əs-Saffat surəsi - Ayə 170 #37:170 Amma (elə ki, keçmişlərin kitablarından yaxşı bir kitab gəldi) ona kafir oldular. Tezliklə (küfrlərinin cəzasının nə olmasını) biləcəklər.
Əs-Saffat surəsi - Ayə 171 #37:171 Şübhəsiz, (elçi olaraq) göndərilmiş bəndələrimiz barəsində (əzəli elmdə və Lövhi-Məhfuzda) Bizim qəti hökmümüz (və vədimiz belə verilib) keçmişdir
Əs-Saffat surəsi - Ayə 174 #37:174 Buna görə də bir müddətədək (dövlət qurana və cihad əmri gələnə kimi) onlardan (kafirlərdən) üz döndər.
Əs-Saffat surəsi - Ayə 176 #37:176 Belə olan halda onlar tələskənliklə Bizim əzabımızı tələb edirlər?
Əs-Saffat surəsi - Ayə 177 #37:177 (Əzab) onların kandarlarına enən zaman, qorxudulanların səhəri necə də pisdir!