"Cin" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Cin" üzrə 492 ayə tapıldı.
And olsun çıxmaqda və batmaqda olan ulduza. [Yaxud: And olsun cin və şeytanlara enən yandırıcı od parçalarına; yaxud baş qaldıran bitkiyə; yaxud Qur’anın vəhy mərkəzinə nazil olmaqda olan hissə və ayələrinə.]
Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)
Həmçinin (səma kitabları və bəşəri şəriətlərdə yazıldığı kimi əzəli elm və qəti ilahi istəyə əsasən) digər aləmi yaratmaq Onun öhdəsinədir.
Onlardan qabaq Nuhun qövmü (də öz peyğəmbərlərini) təkzib etmişdi. Bizim bəndəmizi (Nuhu) yalançı adlandıraraq «cin vurmuş bir dəlidir» demişdilər və (o, bu töhmətlə onların arasından) qovulmuşdu.
Uca dağlar kimi düzəldilib dənizdə üzən gəmilər Ona məxsusdur. (Çünki onların düzəldildiyi xammal, onları düzəldənin təfəkkür qüvvəsi və gücü, həmçinin sular Onundur.)
492 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
25 Səhifə