"Cin" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Cin" üzrə 492 ayə tapıldı.
Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şimşək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruhlarını) bilir. Harada olsanız, O, sizinlədir. Allah etdiklərinizi görəndir.
Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq və möcüzə ilə) göndərdik və onlarla birlikdə insanların (dünya həyatında) ədalət və insafa əməl etmələri üçün (səmavi) kitab və (mənaları seçmək, haqq ilə batili bir-birindən ayırd etmək və əşyaları çəkmək üçün) ölçü vasitəsi nazil etdik. Və dəmiri (imkan mərhələsindən vücud aləminə) nazil etdik. Onda insanlar üçün (müharibə və müdafiədə) möhkəm qüvvə və (digər) mənfəətlər vardır. Həmçinin Allahın Ona və Onun peyğəmbərlərinə gizlində yardım edənləri tanıması (əzəli elminin sonra gerçəkləşən xarici aləmlə üst-üstə düşməsi) üçün. Həqiqətən Allah qüvvətli və yenilməz qüdrət sahibidir.
Kitab əhlinin (peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə (s) iman gətirməyincə) Allahın lütfündən bir şey əldə etməyəcəklərini, [yaxud: kitab əhlinin möminlərin Allahın lütfündən bir şey əldə edə bilməyəcəklərini və hər şeyi özlərinə məxsus edə biləcəklərini güman etməmələri,] həmçinin lütf və mərhəmətin doğrudan da Allahın əlində olmasını və onu istədiyinə verməsini bilməsi üçün! Allah böyük lütf, mərhəmət sahibidir.
Sizdən öz qadınları ilə zihar edən kimsələrin (əbədilik haram etmək məqsədi ilə: «Səninlə cinsi əlaqədə olmağım, mənim üçün anamla cinsi əlaqədə olmağım kimidir» deyən kəslərin) zövcələri onların anaları deyildir. Onların anaları yalnız onları dünyaya gətirənlərdir. Onlar əlbəttə, pis və yalan söz danışırlar (və o sözün qadının haram edilməsinə heç bir təsiri yoxdur). Həqiqətən, Allah çox əfv edən və bağışlayandır.
Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır.
Beləliklə hər ikisinin (Şeytan və kafirin) işinin aqibəti də od içində əbədi qalmaq oldu. Budur zalımların cəzası!
Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər.
Ya Peyğəmbər, qadınlara təlaq vermək istədikdə, onlara «iddə» vaxtında təlaq verin (elə bir vaxtda ki, iddəyə başlamaq mümkün olsun, yəni heyzdən pak olduqları və ərləri ilə cinsi əlaqədə olmadıqları vaxt) və iddəni hesablayın və Rəbbiniz olan Allahdan qorxun; açıq-aşkar çirkin bir əməl etməyincə, (iddə zamanı) onları (yaşadıqları) evdən çıxarmayın və onlar da çıxmasınlar. Bunlar Allahın hüdudları və sərhədləridir. Kim Allahın hüdudlarından kənara çıxsa, həqiqətən, özünə zülm etmiş olar. Sən (ey kişi) nə bilirsən, (və o qadın nə bilir) ola bilsin ki, Allah ondan (o təlaqdan) sonra (iki tərəf arasında sülh baxımından) bir iş icad etsin.
Heyzdən kəsilən qadınlarınızın (heyzdən kəsilmələrinin səbəbi heyzdən kəsilmə yaşına çatdıqları üçün, yaxud başqa bir səbəbdən olması barədə şəkk etsəniz, onların iddələri üç aydır və həmçinin (yaşlarının tələbinə baxmayaraq) heyz görməyən qadınların (da iddə müddətləri üç aydır), hamilə qadınların iddə müddətləri bari-həmlini yerə qoyana kimidir. Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər.
Onları (təlaq verilmiş qadınları) imkanınız daxilində öz yaşadığınız yerdə sakin edin. (Yaşayışı) onlar üçün sıxıntılı etmək (və onları getməyə məcbur etmək) üçün onlara (məskən, xərc və s. cəhətdən) zərər vurmayın. Əgər hamilə olsalar, bari-həmli yerə qoyana qədər onların xərclərini verin və əgər sizin üçün uşağa süd versələr, ücrətlərini ödəyin və öz aranızda (körpənin halı barəsində) gözəl bir şəkildə məşvərət edərək və bir-birinizin sözünü dinləyib qəbul edərək keçinin. Əgər bir-birinizi çətinliyə salsanız, başqa bir qadın o körpəyə süd versin (kişi uşaq üçün dayə tutmalıdır).
Deyərlər: «Bəli, şübhəsiz, bizə (Allah tərəfindən) bir qorxudan gəlmişdi, lakin biz onu təkzib etdik və dedik: «Allah heç bir şey nazil etməmişdir. Siz ancaq böyük bir azğınlıq içindəsiniz».
Yeyin və için, keçmiş günlərdə gördüyünüz (yaxşı işlərin) mükafatı olaraq sizə nuş olsun. (Bunlar hamısı o əməllərin əvəzidir, ya o əqidə və əməllərin təcəssümüdür).
492 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
25 Səhifə