"m" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "m" üzrə 5960 ayə tapıldı.
Onların hamısı bir deyil. Kitab əhlindən əməli doğru olan bir dəstə vardır ki, onlar gecə vaxtları (Allaha) boyun əyib səcdə edərək Allahın ayələrini oxuyurlar.
Onlar Allaha və axirət gününə iman gətirir, bəyənilən işə əmr edir, nalayiq işdən çəkindirir və xeyir işlərə tələsirlər. Onlar ləyaqətlilərdəndirlər.
Onlar etdikləri heç bir xeyir iş üçün əsla mükafatsız qalmazlar. Allah təqvalıları(n halını) biləndir.
Şübhəsiz, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan heç bir şeyi əsla dəf etməyəcəkdir. Onlar od əhlidirlər və orada əbədi qalacaqlar.
Onların bu dünya həyatında (İslamla düşmənçilik yolunda, yaxud riyakarlıqla və ya hər hansı bir xeyir işdə) xərclədikləri malların misalı özünə zülm etmiş bir dəstənin əkinlərinə (cəza olaraq) əsən və onu məhv edən çox soyuq külək kimidir. Allah onlara zülm etməyib, lakin onlar özlərinə zülm edirlər.
Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür. Əgər düşünürsünüzsə, biz sizin üçün (onların halının) nişanələri(ni) bəyan etdik.
Budur, sizin bütün (səmavi) kitablara (hətta onların kitabına) imanınızın olmasına (onların isə sizin kitabınıza imanlarının olmamasına) baxmayaraq onları sevən (yenə də) sizsiniz və onlar sizi sevmirlər. Sizinlə görüşdükləri zaman «iman gətirdik» deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikləri zaman isə, sizə qarşı olan qəzəblərinin çoxluğundan barmaqlarının ucunu gəmirirlər. De: «Acığınızdan ölün! Həqiqətən Allah ürəklərdə olanı biləndir.»
Sizə bir xeyir və yaxşılıq yetişdikdə, (bu) onların halını pisləşdirər, pislik və narahatçılıq yetişdikdə isə ona şad olarlar. Əgər səbr etsəniz və təqvalı olsanız, onların hiylələri sizə heç bir ziyan yetirə bilməz. Həqiqətən Allah onların etdiklərini (elm və qüdrəti ilə) əhatə etmişdir.
Və (yada sal) o zaman(ı) ki, möminləri döyüş üçün düşərgələrdə yerləşdirdiyin halda (Ühüd döyüşündə) sübh çağı öz əhlindən (ailəndən) ayrıldın. Allah həmişə (danışıqlarınızı) eşidən və (fikirlərinizi) biləndir.
O zaman sizdən iki dəstə süstlük və zəiflik göstərmək (və yolun yarısından ayrılaraq qayıtmaq) istədi halbuki, Allah onların köməkçisi və yardımçısı idi (və elə buna görə də onları bu fikirdən daşındırdı). Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.
Həqiqətən, Allah sizə Bədr (döyüşün)də gücsüz və pənahsız olduğunuz halda kömək etdi. Buna görə də Allahdan qorxun ki, bəlkə şükr edəsiniz.
O zaman möminlərə «Rəbbinizin (göydən) endirilmiş üç min mələklə sizə kömək etməsi bəsiniz deyilmi?!» deyirdin.
Bəli, əgər səbr etsəniz və təqvalı olsanız və onlar həmin tezliklə və haray-həşirlə sizə üz tutsalar (hücum etsələr), Rəbbiniz sizə nişanə qoyulmuş beş min mələklə kömək edər.
Allah bunu (kömək vədəsini və mələklərin göndərilməsini) yalnız sizə müjdə olaraq və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (çünki, adətən qəlblər əsas səbəbkara və amilə deyil, zahirdə görünən səbəb və vasitələrə yönəlir). Kömək və yardım yalnız yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindəndir (çünki bütün səbəblərin səbəbkarı və amili Onun istəyidir).
(Və həmçinin bu qələbəni nəsib etdi) ki, kafirlərin bəzisinin kökünü kəssin və ya onları naümid geri qayıtmaları üçün əzsin.
Onların heç bir işi sənin əlində deyil. (Allah) ya onlara nəzər salaraq tövbə etmələrinə kömək edər, ya da onlara (bu dünyada möhlət, axirətdə isə) əzab verər. Çünki onlar zalımdırlar. (Bu dörd işin hamısı Allaha aiddir və sənin vəzifən yalnız Onun əmrlərini çatdırmaq və əmri yerinə yetirməkdir.)
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun əlindədir). İstədiyini (və layiq bildiyini) bağışlayır və istədiyinə (bütün dəlillər təqdim olunub qurtardıqdan sonra) əzab verər. Allah çox bağışlayan və mehribandır.
Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələmi yeməyin və Allahdan qorxun, bəlkə nicat tapasınız.
5960 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
298 Səhifə