Əl-Muminun surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-Muminun surəsi" üzrə 118 ayə tapıldı.
Beləliklə, haqlı olaraq (Allahın kamil hikmət və məsləhətinə əsasən) onları (göydən gələn bir) bağırtı bürüdü. Onları sel üzərindəki çör-çöp (kimi) etdik. Buna görə də məhv və (Allahın rəhmətindən) uzaq olsun zalım dəstə!
Heç bir ümmət öz zamanından (Lövhi-Məhfuzda olan müəyyən həyat müddətindən) nə qabağa keçər və nə də geri qalar.
Sonra bir-birinin ardınca Öz peyğəmbərlərimizi göndərdik. Nə vaxt (hansısa) bir millətə öz peyğəmbəri gəldisə onu təkzib etdilər. Buna görə Biz də onları bir-birinin ardınca (məhvə) yola saldıq və onları (məhv olduqdan sonra dillərdə) hekayət və əfsanələr etdik. Buna görə də məhv və (Allahın rəhmətindən) uzaq olsun iman gətirməyən dəstə!
Sonra Musa və qardaşı Harunu Öz ayə və nişanələrimizlə (doqquz möcüzə) və (məntiq və isbat baxımından) aşkar dəlil-sübutla göndərdik.
Firona və onun (qövmünün) böyüklərinə və başçılarına tərəf. Onlar isə təkəbbür göstərdilər. Onlar üstünlük axtaran və məqampərəst bir dəstə idilər.
Buna görə də dedilər: «Qövmləri bizim qulumuz və bizə müti ola-ola, özümüz kimi iki insana iman gətirək?»
Və şübhəsiz, Biz Musaya (səma) kitab(ı olan Tövratı) əta etdik ki, bəlkə onlar (İsrail övladları) doğru yola yönəlsinlər.
Məryəm oğlunu və onun anasını (dünyaya gəlməsinin necəliyi, peyğəmbərlik dövrü və kitabı əldə etməsi baxımından Öz tovhid və qüdrətimiz üçün) bir ayə və nişanə etdik. Və onların hər ikisini uca, yaşayış üçün yararlı və axar sulu bir torpaqda (Beytul-Müqəddəsdə, yaxud Şamda və ya Misirdə) yerləşdirdik.
Ey Bizim elçilərimiz! (Bəşəriyyətə öyrətmək məqsədi ilə dünyada olan) bütün (yemək, içmək, geyim, hava, bitki və digər şeylərin) paklar(ın)dan bəhrələnin və yaxşı işlər görün ki, Mən etdiklərinizin hamısını bilirəm.
Və bu (din və İslam şəriəti), siz (peyğəmbərlərin və nəsilləri kəsilənədək sizin ümmətləriniz)in yeganə din və şəriət olan din və şəriətinizdir. (Çünki o, bütün şəriətləri özündə toplamış qüdrətli bir dindir ki, üsulid-din və füruid-dindən təşkil olunmuşdur. Şəriətlər arasındakı fərqlər və onların sayının çoxluğu bəzi hökmlər baxımındandır.) Və Mən sizin Rəbbinizəm. Buna görə də Məndən qorxun!
Beləliklə onlar (ümmətlər kitab və şəriətin nazil olmasının lap əvvəlindən bütün əsrlərdə öz alimlərinə tabe olub din) işlərini öz aralarında parçalayaraq firqə və dəstələrə bölündülər. Hər bir firqə əlində olana sevinir.
Buna görə də onları bir müddətədək (ölənə kimi) öz qəflət və keflilik burulğanında (vücudlarını bürümüş əqidə və əməl azğınlığı dəryasında) boşla.
onların xeyirə nail olmalarına tələsirik? (Xeyir,) əksinə, anlamırlar (ki, onların sınanmaları və bədbəxtlikdə daha da irəliləmələri üçün vasitələr hazırlayırıq).
(mal və canlarından Allah yolunda) verdikləri şeyi Rəbblərinə tərəf qayıdacaqların(ı bildikləri üçün onun qəbul olunmamasın)dan qorxan halda verənlər
118 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
6 Səhifə