Əl-Muminun surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-Muminun surəsi" üzrə 118 ayə tapıldı.
(bəli,) onlardır bütün xeyir əməllərə tələsənlər! Həmin xeyir (əməl)lərdə (başqalarından) qabağa düşən də onlardır.
Biz heç bir kəsə (iman və əməl mərhələlərində) qüdrətindən artıq vəzifə təyin etmirik. Bizim yanımızda (Lövhi-Məhfuz və ya hər bir bəndənin əməl dəftəri adlı) haqq danışan (və əməllərin xırdalıqlarını dəqiqliklə açıqlayan) bir kitab vardır. Onlar (cəza günü) zülmə və mükafatın kəsilməsinə məruz qalmazlar.
Lakin (kafirlərin) qəlbləri bu barədə (dünya vəzifələri və axirət cəzaları barəsində) nadanlıq və qəflət içərisindədir və onların bundan (bu nadanlıq və qəflətdən) başqa etdikləri digər (küfr və günah) əməlləri də vardır.
(Bu keflilik və qəflətləri) o vaxta kimi (davam edər) ki, onların naz-nemət içində olub əyyaşlıq edənlərini (xəstəlik, yoxsulluq və müharibədə məğlubiyyət kimi) əzaba düçar edərik, (bu zaman) birdən fəryad qopararaq nalə edərlər.
(Onlara deyilər:) Bu gün fəryad qoparıb nalə etməyin. Şübhəsiz sizə Bizim tərəfimizdən kömək edilməyəcəkdir.
Həqiqətən Bizim ayə və nişanələrimiz sizə oxunur, amma siz dal-dala keçmişinizə qayıdırdınız (Bizim ayələrimizin müqabilində şirk, itaətsizlik və cahiliyyət adətlərinin arxasınca gedirdiniz).
Həmin üz döndərməklə lovğalanır və gecə yığıncaqlarında onların haqqında pis sözlər danışır və istehza edirdiniz.
Belə isə heç bu kəlam (Qur’an) barəsində (onun insanın qüdrətindən xaric möcüzəvi bir söz olması haqqında) düşünüb fikirləşmədilər? Yoxsa onlara, keçmiş atalarına gəlməyən bir şey gəlib?
Yoxsa öz peyğəmbərlərini (onun əsl-kökünün paklığını, əxlaq və əməl baxımından keçmişinin gözəl olmasını) tanımadıqları üçün onu (onun peyğəmbərlik və kitabını) inkar edirlər?
Yoxsa «onda bir dəlilik var» deyirlər? (Belə deyil,) əksinə, o, haqqı (səma kitabını və axırıncı şəriəti) gətirib, lakin onların çoxu haqqı xoşlamırlar.
Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı (yəni, doğrudan da şirk və bir neçə tanrının olması gerçəklik olsaydı) şübhəsiz, göylər, yer və onlarda olan hər bir kəs (və hər bir şey vücuda gəlmək baxımından) pozuntuya düçar olaraq yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək baxımından) fəsad və məhvə sürüklənərdi. (Bəli, haqq onların istəklərinə tabe deyil,) əksinə, Biz onlara öyüd-nəsihət və ibrət vasitəsi (olan səma kitabı) gətirdik, lakin onlar öz öyüd-nəsihət vasitələrindən üz döndərirlər.
Yoxsa (peyğəmbərliyinin yerinə yetirilməsi üçün) onlardan sabit muzd və xərclik istəyirsən? (Xeyr!) Rəbbinin (verəcəyi) muzd və xərclik daha yaxşıdır və O, ruzi verənlərin ən yaxşısıdır.
Əgər onlara rəhm etsək, çətinlik və sıxıntılarını aradan qaldırsaq, mütləq yenə də öz itaətsizliklərində sərgərdancasına inadkarlıq göstərəcəklər.
Biz onları (Məkkədə qəhətlik və xəstəlik kimi) əzaba düçar etdik. Lakin onlar öz Rəbblərinin dərgahına nə baş əyib təvazökarlıq göstərdilər, nə də yalvarıb-yaxarırlar.
Nəhayət (öldürməklə) üzlərinə ağır bir əzab qapısı açdığımız zaman, birdən həmin əzabın içində çaş-baş və (nicat tapmaqdan və hər şeydən) naümid olarlar.
Sizi yer üzündə (onun tərkibindəki maddələrdən) yaradan Odur və (yer üzündə torpağa çevrildikdən sonra bir daha Qiyamətdə) Ona tərəf toplanılacaqsınız.
(Həyat qabiliyyəti olan hər bir varlığı) dirildən və (ölüm qabiliyyəti olan hər bir varlığı) öldürən Odur və gecə ilə gündüzün get-gəli Ona məxsusdur (və Onun əlindədir). Belə isə heç düşünmürsünüz?!
118 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
6 Səhifə