Sad surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Sad surəsi" üzrə 88 ayə tapıldı.
Və Bizim bəndəmiz Əyyubu, onun öz Rəbbini çağırıb «şeytan məni (cismimə zərər vurmaq, mal və övladlarımı məhv etmək kimi) çətinlik və əzaba düçar etmişdir» dediyi zamanı (yada sal)!
(Ona dedik:) «Ayağını (yerə) vur!» (Elə ki, o ayağını yerə vurdu, yerdən bir bulaq çıxdı. Ona dedik:) «Bu sərin çeşmə yuyunmaq və içmək üçündür.»
Tərəfimizdən mərhəmət və ağıl sahibləri üçün ibrət olsun deyə (yenidən) onun (zövcəsindən başqa hamısı məhv olmuş) ailəsini və onlarla birlikdə onların mislini ona əta etdik.
Və (ona dedik: Zövcəni ədəbləndirmək barəsindəki anda vəfa etmək üçün) bir dəstə çubuq götür və onunla (yavaşca zövcəni) vur və andını pozma. Doğrudan da onu səbirli gördük. Necə də gözəl bir bəndə! Həqiqətən o (Bizə tərəf) çox qayıdan idi.
Bizim (elmi, cismani və maddi) qüvvətlər və (maddi və mənəvi məsələlərdə) bəsirətlər sahibi olan bəndələrimiz İbrahim, İshaq və Yəqubu yada sal.
Biz onları axirət evinin fikrində (qərq) olmaqdan ibarət saflıq və xalislik sifəti ilə seçdik.
Və İsmaili, əl-Yəsəi və Zülkifli yada sal ki, hamısı yaxşılardan idilər.
(Peyğəmbərlərin) bu (hekayəti) yaxşı yada salmaqdır. Təqvalılar üçün mütləq gözəl qayıdış və aqibət vardır.
Qapıları üzlərinə açıq olan (və heç bir qapısının açara ehtiyacı olmayan) əbədi cənnətlər!
Orada (taxtlara) söykənmiş halda (qılman və cənnət cavanlarından) firavan meyvələr və içki istəyərlər.
Yanlarında ərlərindən başqasına göz yummuş və (yaş, gözəllik, nur və kamal baxımından) bir-birinə bənzəyən zövcələr vardır.
Budur (təqvalıların vəziyyəti və yerləri)! Azğınlar üçün (isə) mütləq pis dönüş və ən pis dönüş yeri vardır.
Bu onların dadmalı olduqları qaynar və (yandırıcı) çirkab (cəhənnəm) su(yu)dur.
Və o cinsdən olan müxtəlif əzablar və digər yeməklər (var ki, onları dadmalıdırlar).
(Davamçıları cəhənnəm oduna daxil olan zaman azğınlıq alimlərinə və zülmkar başçılara belə deyiləcək:) «Bunlar (dünyada sizə tabe olan və indi) sizinlə birlikdə məcburi şəkildə oda daxil olan bir dəstədirlər.» (Onlar deyəcəklər:) «Xoşluq və rahatlıq görməsinlər! Çünki onlar da oda daxil olan və onu dadanlardır.»
(Onlara tabe olanlar da öz başçılarına) deyərlər: «Əksinə, siz xoşluq görməyəsiniz! (Çünki) bu odu bizim qarşımıza siz çıxardınız. (Ora) pis yerdir.»
88 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
5 Səhifə