"O gün" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "O gün" üzrə 118 ayə tapıldı.
(Gələcəkdə) bir neçə il ərzində. (Aləmin idarə olunma) iş(i) və ondan (o qələbədən) öncə və ondan sonra (bütün aləmdə olan nüfuzlu) əmr Allaha məxsusdur və o gün möminlər (müsəlmanlar) sevinəcəklər;
Qiyamətin qopacağı gün – məhz o gün – hamı bir-birlərindən ayrılacaq (cinlər adamlardan, insanlar şeytanlardan, möminlər kafirlərdən və yaxşı iş görənlər pis iş görənlərdən).
(Ya Muhəmməd!) Allah tərəfindən qarşısıalınmaz gün gəlməzdən öncə (qəlbinin) üzünü bu düzgün və möhkəm (sabit) dinə doğru döndər. O gün (insanlar) parçalanıb bölük-bölük olarlar.
Beləliklə o gün zülm edənlərin üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onlardan üzr diləmələri istənilməyəcəkdir.
Ey insanlar, öz Rəbbinizdən qorxun. O gündən qorxun ki, heç bir ata (o günün əzabından) heç bir şeyi öz övladından uzaqlaşdıra bilməz, övlad da öz atasından heç bir şeyi kənarlaşdırıb uzaqlaşdıra bilməz. Şübhəsiz, Allahın vədi haqdır. Belə isə dünya həyatı sizi məğrur etməsin və hiyləgər Şeytan sizi Allah barəsində aldatmasın!
Camaat səndən Qiyamət barəsində (onun yaxınlığı, uzaqlığı, necə baş verəcəyi, o günün uzunluğu haqqında) soruşar. De: «Onun elmi Allah yanındadır;». Və nə bilirsən, bəlkə də Qiyamət yaxındır!
(Şəfaət etməsinə, ya şəfaət olunmasına) izn verdiyi kimsələr istisna olmaqla şəfaət etmək və şəfaət olunmaq Onun yanında (o gün) fayda verməyəcəkdir. (Və günahkarlar o gün vəhşət içərisində olacaqlar). Nəhayət (izn verilərkən) onların qəlblərindən qorxu və vəhşət getdikdə (şəfaət edənlərə) deyərlər: «Rəbbiniz nə dedi?» Deyərlər: «Haqq (olan bir kəlam dedi və şəfaətə izn verdi), və O (hər şeydən) uca və böyükdür».
Və (yada sal) o günü ki, onların hamısını (ibadət edənləri və ibadət olunanları) toplayacaq, sonra da mələklərə deyəcək: «Bunlar (dünyada) sizəmi ibadət edirdilər?»
Həqiqətən, Cənnət əhli o gün xoş bir əhval – ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər.
(Həmin) o gün(də) ki, zalımlara üzrxahlıqları fayda verməyəcəkdir. Onlar üçündür (Allahın) lənət(i) və onlar üçündür xoşagəlməz ev!
Və (yada sal) o gün(ü) ki, Allahın düşmənlərini (qəbirlərdən və müxtəlif yerlərdən) oda tərəf toplayacaqlar. Beləliklə onların birincisindən sonuncusunadək (hamısı bir yerə) toplanılacaqlar.
(Bərzəx aləmində olan bütün ruhların) haqq olan (və Lövhi-Məhfuzda təsbit edilmiş) həmin bağırtını eşidəcəkləri gün! (Həmin) o gün (hamının qəbirlərdən) çıxma günüdür.
(Həmin) o gün ki, münafiq kişi və qadınlar (məhşər əhlinin məxsus hədəf istiqamətindəki yolunda) iman gətirənlərə deyəcəklər: «Bizə görə (bir az) dayanın və möhlət verin və ya bizə tərəf baxın ki, nurunuzdan işıq götürək.» Onlara deyiləcək: «Geriyə (dünyaya) qayıdın və (orada) nur axtarın.» Həmin vaxt onların (mömin və münafiqlərin) arasında qapısı olan divar çəkiləcək. Onun (cənnətə sarı olan) içəri tərəfində mərhəmət, (cəhənnəmə sarı olan) çölündə isə o tərəfdən əzab vardır.
Qiyamət günü nə (onlara görə öz dininizdən keçdiyiniz) qohumlarınızın, nə də övladlarınızın sizə heç bir faydası olmayacaqdır. (O gün Allah) sizin aranıza ayrılıq salacaqdır və Allah etdiklərinizi görəndir.
Elə bir gündə (dirildiləcəksiniz) ki, sizi toplanma günü üçün cəm edəcəklər. Məhz o gün bir-birini (qarşılıqlı) ziyana uğratma günüdür (dünyada hüquqları zay etdiklərinə görə, bir-birlərinin mükafatlarını alarlar və ya əzabı bir-birlərinin üstünə atarlar və yaxud Cənnət dərəcələrini Cəhənnəmin təbəqələri ilə dəyişərlər). Və kim Allaha iman gətirsə və yaxşı iş görsə, Allah onun günahının üstünü örtər və onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara əbədi olaraq daxil edər. Budur böyük səadət!
(O gün deyiləcəkdir:) «Ey kafirlər, bu gün üzr gətirməyin. Siz ancaq (dünyada) etdiyiniz əməllərə görə cəzalandırılırsınız, yaxud o əqidə və əməllərin eynilə təcəssüm olması bu gün sizin cəzanızdır».
118 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
6 Səhifə