"O gün" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "O gün" üzrə 118 ayə tapıldı.
Onlar Bizim yanımıza gəldikləri gün necə də (yaxşı) eşidər və necə də (yaxşı) görərlər. Lakin zalımlar bu gün aşkar azğınlıqdadırlar və o gün də azğınlıqda olacaqlar (çünki icbari imanın onlara heç bir xeyri olmayacaqdır).
(Yada sal) o gün(ü) ki, təqvalıları (Məhşər səhnəsindən nur dəvələrə minmiş) süvarilər şəklində Rəhman olan Allaha tərəf toplayarıq.
O böyük vahimə onları kədərləndirməz və mələklər onları (təbriklə) qarşılayar(aq deyərlər): «Bu, (dünyada) sizə vəd olunmuş həmin o gününüzdür.»
(Yada sal) o günü ki, Biz göyü (daxilində olan hər bir şeylə, lülə şəkilli) yazı səhifəsinin bürmələnməsi kimi bürmələyəcəyik. Məxluqatı birinci dəfə (zərrəciklərini su və torpaqdan toplayıb) vücuda gətirdiyimiz kimi yenidən qaytaracağıq (onun dağılmış və ya məhv olmuş zərrəciklərini toplayaraq əvvəlki vəziyyətinə salacağıq). (Bu iş) Bizim öhdəmizdə olan bir vəddir ki, Biz onu edəcəyik.
O gün ki, dilləri, əlləri və ayaqları onların ziyanına, (dünyada) etdiklərinə şəhadət verəcəklər.
Və (yada sal) o gün(ü) ki, (Allah) onları (müşrikləri) və Allahın yerinə ibadət etdiklərini (bütləri, ulduzları, Məsihi və mələkləri) bir yerə toplayacaq və (həmin məbudlara) deyəcək: «Mənim bu bəndələrimi siz azdırdınız (və sizə ibadət etməyə dəvət etdiniz) yoxsa yolu onlar özləri azdılar?»
Və (yada sal) o gün(ü) ki, göy onda olan ağ buludla parçalanar (və ya dünyanın nadanlıq və maddiyyat buludu kənara çəkilər və uca aləmin həqiqətləri zahir olar) və mələklər xüsusi nizamla yerə endirilərlər.
Həmin gün (bütün varlıq aləmi üzərində) həqiqi mülkiyyət və hakimiyyət Rəhman olan Allaha məxsus olar və o gün kafirlər üçün çox çətin bir gün olacaqdır.
Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: «Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım.»
(Yada sal), hər bir ümmətdən Bizim ayələrimizi təkzib və inkar edən dəstələri toplayacağımız o gün, onlar(ın ilki və sonuncuları) bir yerdə cəm edilər və tutulub saxlanılar.
(Yada sal) o günü ki, (ilk dəfə) Sur çalınar. Allahın istədiklərindən başqa (məsələn ilk dəfə ölümü dadan ruhlar kimi) göylərdə və yerdə olanların (canlıların) hamısı vəhşətə düşər (və ölərlər). Və Surun (ikinci dəfə) çalınacağı gün Allahın (məhşər dəhşətindən amanda qalmalarını) istədiyi kəslərdən savayı göylərdə və yerdə olanların hamısı (dirilərək) vəhşətə düşər. Dirilənlərin hamısı (Surun üçüncü dəfə çalınması ilə) müti və zəlil bir vəziyyətdə (hesab-kitab üçün) Ona (tərəf) gələrlər.
(O gün) dağları görüb, onları hərəkətsiz və donmuş zənn edərsən. Halbuki, onlar buludun keçdiyi kimi hərəkət edərlər. (Bu) hər bir şeyi möhkəm və əsaslı yaradan Allahın işidir. (Başlanğıc aləmində görülən işin möhkəmliyinin tələbi də bir gün aləmin dağılması və nəticə aləminin yaranmasıdır). Həqiqətən O, etdiklərinizin hamısından xəbərdardır. (Və həmin gün haqq-hesab soruşulacaqdır).
Və (yada sal) o günü ki, (Allah) onlara xitab edib deyər: «(Tanrılıqda, ibadət və ya itaətdə Mənimlə şərik olduqlarını) güman etdiyiniz o şəriklərim (bütlər, ulduzlar, cinlər və sairə) haradadırlar?!»
(Ya Peyğəmbər!) (Yada sal,) o gün ki, (Allah Məhşər əhlinin hamısına) xitab edib, deyəcəkdir: «Bizim peyğəmbərlərimizə nə cavab verdiniz?»
Beləliklə, o gündə (cavaba və başqa məsələlərə aid) xəbərlər (zamanın uzunluğundan və dəhşətin çoxluğundan) onlardan gizli qalar. Hətta (onlar) bir-birlərindən belə soruşa bilməzlər.
Və (yada sal) o günü ki, (Allah) onlara xitab edib deyəcəkdir: «(Tanrılıq, ibadət və ya itaətdə Mənimlə şərik olduqlarını) güman etdiyiniz o şəriklər (bütlər, ulduzlar, cinlər və başqaları) haradadırlar?!»
(O gün) hər bir ümmətdən bir şahid (məsum şəxs, ya ədalətli bir alim, yaxud saleh bir adil) çıxararıq, beləliklə (şahidin hüzurunda o ümmətə) deyərik: «(Dininiz barədə) dəlil – sübutunuzu gətirin!» Onlar (elmül-yəqin və eynül-yəqinlə) biləcəklər ki, (bütün səmavi kitablardakı xəbərlərdə, hökmlərdə, şəriətlərdə, vədlərdə) Haqq Allaha məxsusdur. İftira (ilə) düzəltdikləri şey onların nəzərindən qeyb olar, yoxa çıxar.
O gün ki, əzab onları başları üstündən və ayaqları altından bürüyəcəkdir, deyəcəkdir: «Etdiklərinizin cəzasını (yaxud o əqidə və əməlin eynilə təcəssümünü) dadın».
118 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
6 Səhifə