"Torpaq" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Torpaq" üzrə 63 ayə tapıldı.
Onun nişanələrindən (biri) budur ki, göy və yer (məhdud bir müddətədək) Onun mütləq iradəsi ilə durmaqdadır. (Canlıları öldürdükdən və torpaq altına apardıqdan sonra) sizi bircə dəfə yerin altından səsləməklə (surun ikinci dəfə üfürülməsi ilə) qəfildən sizin hamınız (torpağın köksündən) çıxarsınız.
Onlarla (şəhərləri ilə) bərəkət verdiyimiz şəhərlərin (Şam torpaqları) arasında aşkar (yaxın və bir-birinə bitişik) şəhərlər yaratmış və onların arasında gediş-gəliş müəyyən etmiş və məhdudlaşdırmışdıq (məskənlərin fasiləsi və onların arasındakı get-gəlin miqdarı bir ölçüdə idi və onlara buyurduq:) «Gecələr və gündüzlər bu şəhərlərin arasında aramlıq və əmin – amanlıqla get – gəl edin».
Allah sizi(n ilk baba və nənənizi vasitəsiz olaraq və möcüzəli bir tərzdə) torpaqdan yaratdı, sonra (onların nəsli olan sizləri) nütfədən (yaratdı). Allah sizi (Adəmin nəslini əvvəlcə) torpaqdan, sonra nütfədən yaratdı, bu zaman sizi (erkək və dişi) cütlər etdi. Heç bir dişi Onun izni olmadan hamilə olmaz və bari-həmlini yerə qoymaz. Kitabda (Lövhi-Məhfuzda) yazılmadan heç bir yaşlı kəsə uzun ömür verilməz və heç bir kəsin ömründən azaldılmaz. Həqiqətən, bunlar Allah üçün asandır.
Onlar üçün (aydın) bir nişanə (Bizim tovhidimizin, qüdrətimizin və insanların dirildilməsinin isbatı üçün yer üzündə olan nişanə) ölmüş həmin bu torpaqdır. Biz onu (həyat gücü və bitmək qabiliyyəti verməklə) diriltdik və ondan dən(li bitki)lər çıxartdıq, onlar da ondan yeyirlər.
Və öz yaradılışını unutduğu halda Bizə bir məsəl də çəkib dedi: «(Bu) sümükləri çürümüş və toz-torpaq olduqları halda kim dirildəcək?»
Məgər göyləri və yeri yaradan kəs onların bənzərini yaratmağa qadir deyilmi?! (Belə ki, onların üzvlərini torpaqdan toplayaraq surətcə onlara oxşar və maddəcə onların eyni olan bir forma versin.) Əlbəttə (qadirdir). Odur kamil surətdə yaradan və (hər şeyi) bilən.
Onlar sanki örtülmüş quş yumurtalarıdır, (quş qanadları altında, yaxud parçanın içində, toz-torpaqdan və çirkdən qorunmuşlar).
Firon (Musanı öldürməyi məsləhət bilməyən müşavirlərinə) dedi: «Qoyun Musanı öldürüm və o öz Rəbbini (köməyə) çağırsın (və Rəbbi onu qurtarsın). Çünki onun sizin (tanrının nəzarəti altındakı rəbb olan mənə və bütlərə ibadət etməkdən ibarət) dininizi dəyişdirəcəyindən və ya bu torpaqda (dövlət əleyhinə üsyan yaratmaqla) fəsad törədəcəyindən qorxuram.»
Ey mənim qövmüm, bu gün mülkiyyət və hakimiyyət sizə məxsusdur və siz bu torpaqda qalib və üstünsünüz. Beləliklə əgər bizə bir əzab gəlsə, Allahın əzabından (qurtarmağa) bizə kim kömək edər?! Firon dedi: «Mən sizə öz rəyimdən (Musanın öldürülməsinin məsləhət olmasından) başqa bir nəzər bildirmirəm və sizi yalnız doğru yola yönəldirəm.»
Sizi (baba və nənənizi ilk olaraq möcüzəvi şəkildə, onların nəsli olan sizləri isə ana bətninə daxil olmamışdan bir sıra mərhələləri keçərək) torpaqdan, sonra nütfədən, daha sonra laxtalanmış qan parçasından yaradan Odur. Sonra sizi (ana bətnindən) uşaq ikən çıxardır. Sonra öz (cismi və ruhi) kamal həddinizə çatasınız deyə (sizi diri saxlayır). Sonra qocalasınız deyə (sizi yaşadır). Sizdən bəzisi ondan (uşaqlıq, həddi-büluğ və qocalıq mərhələlərindən) qabaq vəfat edir. Və (bu möhlət) müəyyən müddətə (ilahi elmdən keçmiş və Lövhi-Məhfuzda qeyd edilmiş müddətə) çatmağınız üçündür və onun üçündür ki, (yaradılışın başlanğıcı və təkmül hərəkətinizin gedişi barəsində) düşünəsiniz.
Həmin O (Allah) ki, göydən müəyyən miqdarda (kamil hikmətinin tələbinə əsasən yağış, qar və dolu şəklində) su nazil etdi və onun vasitəsi ilə (bitki və ağaclar bitirməklə) ölü bir ölkəni diriltdik. (Qiyamət günü siz də torpaqdan) beləcə çıxarılacaqsınız.
Öz ata-anasına «heyf sizə! Məndən əvvəl əsrlər boyu insanların (gəlib) keçdikləri (və onlardan heç kəsin dirilmədiyi) bir halda siz mənə (öləndən sonra torpaqların arasından) çıxarılacağımı vəd edirsiniz?!» deyən kəs(ə gəldikdə isə): O ikisi daim Allahdan (onun iman gətirməsi barəsində) kömək diləyir (və deyirdilər): «Vay olsun sənə! İman gətir. Allahın vədi mütləq haqdır.» Lakin o deyirdi: «(Sizin) bu (sözləriniz) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir.»
Məgər ölüb torpaq olandan sonra (yenidən dirildiləcək və ayağa qaldırılacağıq)? Bu, (tarixi təcrübədən və ağılın dərkindən) uzaq bir qayıdışdır. (Bədənlərin dağılmış və bir-birinə qarışmış hissələri bir-birindən ayrıldıqdan sonra bir yerə necə toplana bilər?)»
Həmin o kəslərə ki, kiçik və təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şər’i cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan və (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin əfvi doğrudan da genişdir. O sizi həm torpaqdan yaradanda, həm də analarınızın bətnində rüşeym halında olanda çox yaxşı tanıyır. Odur ki, özünüzü tərifləməyin. O, təqvalı olanı daha yaxşı tanıyır.
Və deyirdilər: «Məgər biz ölüb torpaq və sümük parçaları olduqdan sonra doğrudanmı dirildiləcəyik?!»
«Halbuki, O, sizi müxtəlif mərhələlərdə və hallarda yaratmışdır (torpaq, bitki, yemək, nütfə, ələqə, muzğə, döl, körpə, cavan, qoca)».
«Və Allah sizi yerdən xas bir şəkildə (bitki kimi) bitirdi (torpaq maddəsindən kamil bir insan olanadək, cövhəri-hərəkət tərzi ilə bitirdi)».
Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik?
63 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
4 Səhifə