"fəsad" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "fəsad" üzrə 69 ayə tapıldı.
Və Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər bir məqam üçün o məqama münasib sözün ən gözəlini seçsinlər). Həqiqətən Şeytan (fəsad yaradan sözlərin vasitəsi ilə) onların arasını vurur. Çünki Şeytan həmişə insana açıq-aşkar düşmən olmuşdur (və indi də belədir).
Onlar (bir yolla) dedilər: «Ey Zülqərneyn, həqiqətən (Nuhun oğlu Yafəsin nəslindən olan) Yə’cuc və Mə’cuc (adlı iki tayfa) bu yerdə fəsad törədirlər (bizi öldürür, var-yoxumuzu qarət edirlər). Bizimlə onların arasında bir sədd düzəltməyin üçün sənə bir xərclik (muzd) təyin edək?»
Məgər (qəlb gözü ilə) şeytanları (öz qıcıqlandırıcı səsləri ilə) kafirləri (heyvan sürüsü kimi) yerlərindən şiddətlə (günah və fəsada) təhrik etmələri üçün onların üstünə göndərməyimizi görmədin?!
Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı (yəni, doğrudan da şirk və bir neçə tanrının olması gerçəklik olsaydı) şübhəsiz, göylər, yer və onlarda olan hər bir kəs (və hər bir şey vücuda gəlmək baxımından) pozuntuya düçar olaraq yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək baxımından) fəsad və məhvə sürüklənərdi. (Bəli, haqq onların istəklərinə tabe deyil,) əksinə, Biz onlara öyüd-nəsihət və ibrət vasitəsi (olan səma kitabı) gətirdik, lakin onlar öz öyüd-nəsihət vasitələrindən üz döndərirlər.
«Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!».
Və (bu əzəmətli və müqəddəs iş) onlara (zatən şər və fəsad mənbəyi olan şeytanlara) layiq deyildir və (bu işin müqəddəsliyinə, öz zatlarının da xəbisliyinə görə) onların buna qüdrətləri çatmaz.
Və ona (möcüzələrimizə) daxilən yəqinlikləri olsa da zülm və təkəbbür üzündən inkar etdilər. Bir gör, fitnə fəsad törədənlərin aqibəti necə oldu !
Və o şəhərdə (şəhərin əşraflarından və azğınlarından ibarət) doqquz nəfər (yaxud doqquz kiçik dəstə) var idi ki, yer üzündə fitnə-fəsad törədər və əsla yaxşı bir iş görməzdilər.
Həqiqətən, Firon (Misrin padşahı) o torpaqda baş qaldırdı və hakimiyyət tapdı və oranın camaatını müxtəlif dəstələrə parçaladı (hər dəstəyə öz dövlətinin işlərinin bir hissəsini tapşırdı və hər bir dəstəni o birisi ilə düşmən etdi.) Onlardan bir dəstəni (İsrail övladlarından ibarət olan dəstəni) zəifliyə (və qul olmağa) sürüklüyürdü (və bu nəslin kökünün kəsilməsi üçün) oğlanlarının hamısının başını kəsir və qadınlarını (isə) sağ buraxırdı. Həqiqətən, o, fəsad törədənlərdən idi.
«Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz».
Biz bu yüksək və uca axirət evini yer üzündə təkəbbürlük, (başqaları üzərində) hökmranlıq və fitnə-fəsad iddiasında olmayanlara nəsib edirik. (Gözəl) aqibət (ancaq) təqvalılara məxsusdur.
Mədyən (əhlin)ə onların (qəbilə) qardaşları Şüeybi (göndərdik). O, dedi: «Ey mənim qövmüm! Allaha ibadət edin və axirət gününə ümidiniz (və imanınız) olsun və yer üzündə fəsad törədici hərəkət etməyin».
Qiyamət qopacağı gün (əqidələri fəsadlı olan) günahkarlar sərgərdan, (məxluqatın köməyindən və Haqqın rəhmətindən) naümid olarlar.
İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad (zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniyyətsizlik) aşkar olur. Bununla (Allah) onlara etdiklərinin bəzisini daddırır ki, bəlkə Allaha tərəf qayıtsınlar.
İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şerlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar.Onların rüsvayedici bir əzabı olacaqdır.
Əlbəttə, əgər münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi və ya günah sevgisi) olanlar və camaatı iztiraba düçar etmək üçün şəhərdə şayiə yayanlar (öz fəsadlarından) əl çəkməsələr, mütləq səni onların əleyhinə qaldırarıq (ki, onların sürgün olunması əmrini verəsən). Bu zaman onlar bu şəhərdə yalnız az bir müddəti çıxmaq şərtilə səninlə qonşu ola bilməzlər.
69 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
4 Səhifə