"təqva" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "təqva" üzrə 110 ayə tapıldı.
Və (yada sal) o zaman(ı) ki, Biz dağı (yerindən qopararaq) bir kölgə kimi onların başı üzərində saxladıq və onlar onun mütləq başlarına düşəcəyini güman etdilər. (Və dedik:) «Sizə verdiyimiz (kitab və din)i (ruhi və cismani) qüvvətlə tutun və orada olanları yadda saxlayın, bəlkə təqvalı oldunuz». (Bəqərə surəsinin 63-cu ayəsinə müraciət edin).
Şübhəsiz, təqvalı olanlara Şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir Şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar.
Orada (həmin məsciddə) əsla (namaza) durma. Şübhəsiz, (bünövrəsi) ilk gündən təqva üzərində qurulmuş məscid (Quba məscidi, Mədinə məscidi və digərləri) sənin onda namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pakları sevir.
Belə isə öz (dininin) təməlini ilahi təqva və Onun razılığı əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst və uçmaq ərəfəsində olan bir uçurumun kənarında qurmuş və o binanın Cəhənnəm oduna yuvarlandıracağı şəxs?! (Möminin əməlləri iman və niyyət saflığı əsasındadır. Kafirin əməlləri isə əqidəsində şəkk və güman əsasındadır və onun sonu Cəhənnəmdir.) Və Allah zalımların dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) düz yola yönəltməz.
Ey iman gətirənlər, (əvvəlcə məsləhətə və qayda-qanunlara uyğun olaraq) kafirlərdən sizə daha yaxınlıqda olanlarla vuruşun və onlar gərək sizdə mütləq bir möhkəmlik və (əməlinizdə) sərtlik görsünlər. Bilin ki, Allah təqvalılarladır.
Şübhəsiz, gecə ilə gündüzün get-gəlində və (fəsillərə və ya yerin məntəqələrinə uyğun olaraq onların) hər birinin uzun və qısalığında və Allahın (planetlər, mələklər və canlılar kimi) göylərdə və (bitkilər, heyvanlar, cinlər və insanlar kimi) yerdə yaratdığında təqvalı olan bir dəstə üçün (Allahın tövhid, əzəmət, qüdrət və hikmətindən) ayə və nişanələr vardır.
Bunlar qeyb xəbərlərindəndir ki, sənə vəhy edirik. Onları bundan qabaq nə sən, nə də sənin qövmün bilirdi. Buna görə də (boynunda olan ilahi vəzifənin çatdırılmasında) səbr et, ki, həqiqətən (gözəl) aqibət təqvalılara məxsusdur.
Və şübhəsiz, iman gətirənlər və təqvalılar üçün axirət mükafatı daha yaxşıdır.
Dedilər: «Yoxsa doğrudan sən özün Yusufsan?!» Dedi: «(Bəli,) mən Yusufəm və bu da mənim qardaşımdır. Həqiqətən Allah bizim boynumuza haqq qoydu (bizi zillətdən izzətə, ayrılıqdan vüsala və nadanlıqdan elmə çatdırdı). Çünki, kim təqvalı olsa və səbr etsə (mükafatlandırılar). Həqiqətən Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz».
Və səndən öncə (bəşər cəmiyyətinin hidayəti üçün mələkləri, qadınları və səhrada yaşayanları deyil) yalnız şəhər və kənd əhalisindən olub vəhy nazil etdiyimiz kişiləri göndərmişik. Məgər onlar özlərindən əvvəl olmuş kimsələrin aqibətlərinin necə olmasını görmək üçün yer üzündə seyr etməyiblər?! Əlbəttə, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?!
Təqvalılara vəd edilmiş Cənnətin vəsfi belədir: Onun (evlərinin və ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir. Bu, təqvalı olan kəslərin aqibətidir, kafirlərin aqibəti isə oddur!
Həqiqətən Biz sizin həm (yaradılışın əvvəlindən indiyə qədər olmuş) keçmişlərinizi(n sayını), həm də gələcəklərinizi(n sayını) bilirik [və sizin (iman və təqvada) irəlidə olanlarınıza da elmimiz var, sizin (iman və təqvada) geridə qalanlarınıza da]!
Və (kafirlərin casusları tərəfindən) təqvalılara deyilər: «Rəbbiniz nə nazil etmişdir?» Deyərlər: «(Başdan-başa) xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)»! (Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!
Onların daxil olacaqları əbədi bağların (ağaclarının) altından çaylar axır. Orada onlar üçün istədikləri hər bir şey vardır. Allah təqvalıları belə mükafatlandırır.
Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdən bir şahid (iman və küfr, itaət və itaətsizliklərinə şəhadət vermək üçün hər ümmətin içərisindən onların peyğəmbərlərini, yaxud hər əsrin dəstələrinin arasından onların təqvalılarını) gətirəcəyik. Sonra küfr etmiş kəslərə nə (danışmaq və üzr istəmək üçün) icazə verilər, (çünki şahidlərin və onların özlərinin bədən üzvlərinin şəhadəti kifayət edəcəkdir), nə onlardan razılıq istəniləcək və nə də onlara haqqın razılığını istəməyə rüxsət veriləcəkdir.
(Ona həmçinin) Öz tərəfimizdən batini mərhəmət və mehribanlıq, ruhi inkişaf və paklıq əta etdik. Və o, təqvalı (öz yaşı çərçivəsində bütün bihudə və puç işlərdən çəkinən) idi.
Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq.
110 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
6 Səhifə