"Gün" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Gün" üzrə 1230 ayə tapıldı.
Və (yada sal) o gün(ü) ki, (Allah) onları (müşrikləri) və Allahın yerinə ibadət etdiklərini (bütləri, ulduzları, Məsihi və mələkləri) bir yerə toplayacaq və (həmin məbudlara) deyəcək: «Mənim bu bəndələrimi siz azdırdınız (və sizə ibadət etməyə dəvət etdiniz) yoxsa yolu onlar özləri azdılar?»
Mələkləri (ölüm mələklərini və ya Bərzəx aləminin mələklərini və yaxud Qiyamət səhnəsinin mələklərini) görəcəkləri güngünahkarlara bir müjdə olmaz və onlar (mələklərə) deyəcəklər: «Bizə tam (təhlükəsiz) bir aman (və sığınacaq) verin.» Mələklər deyəcəklər: «(Allahın rəhmət və Cənnəti) sizə qəti qadağandır.»
Və (yada sal) o gün(ü) ki, göy onda olan ağ buludla parçalanar (və ya dünyanın nadanlıq və maddiyyat buludu kənara çəkilər və uca aləmin həqiqətləri zahir olar) və mələklər xüsusi nizamla yerə endirilərlər.
Həmin gün (bütün varlıq aləmi üzərində) həqiqi mülkiyyət və hakimiyyət Rəhman olan Allaha məxsus olar və o gün kafirlər üçün çox çətin bir gün olacaqdır.
Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: «Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım.»
(Həmin gün) Allahın peyğəmbəri deyəcəkdir: «Ey mənim Rəbbim! Həqiqətən mənim qövmüm (peyğəmbərliyin əvvəlindən dünyanın sonuna kimi) bu Qur’anı tərk etdi (və onun təlimlərini dərk etməkdən və ona əməl etməkdən üz döndərdi).»
Biz beləcə (insanda nəfsi istək yaratmaq, şeytanı insana vəsvəsə etməkdə azad buraxmaqla) hər bir peyğəmbər üçün günahkarlardan düşmənlər qoyduq. Sənə Rəbbinin doğru yol göstərən və yardımçı olması kifayətdir.
(Qiyamət günü) üzü üstə düşüb Cəhənnəmə tərəf toplanılanlar ən pis yerdədirlər və onlar ən azğın insanlardır.
«Doğrudan da əgər biz onlara (bütlərimizə ibadətdə) səbr etməsəydik az qalmışdı ki, o bizi tanrılarımızdan azdırsın.» Əzabı (qəbr, Qiyamət və yaxud da Bərzəx əzabını) görəndə kimin daha azğın olduğunu biləcəklər.
Nəfsi istəklərini öz tanrısı etmiş (ağıl, fitrət və millətlərin qəbul etdiyi Allahı öz nəfsi istəklərinə uyğun gələn həddə aşağı endirən) kəsi gördünmü? Yoxsa sən onun (doğru yola gəlməsi və ya axirət əzabından qorunması) işlərini düzəldəcəksən?!
Yoxsa onların çoxunun (sənin dediklərini) eşitdiyini və ya düşündüyünü güman edirsən? (Xeyr,) onlar yalnız heyvanlar kimidirlər, hətta daha azğındırlar. (Çünki heyvanlar yaradılışın hədəf və məqsədi istiqamətindəki yollarını instinktlə düzgün gedirlər, bunlar isə yox!)
Məgər Rəbbinin (səhərlər və axşamlar) kölgəni (bütün cismlərin kölgələrini) necə uzatdığını (Onun bu qüdrətini) görmədin? Əgər istəsəydi (yeri hərəkətdən saxlamaqla) onu dayandırardı. Sonra biz günəşi ona (kölgənin varlığına və ya hərəkətinə) dəlil etmişik.
Sonra onu (kölgəni günəş cismlərin başı üzərinə çatana kimi) yavaş-yavaş Özümüzə tərəf çəkdik (qüdrətimizlə yox etdik).
Gecəni(n qaranlığını) sizin üçün örtük (kimi), yuxunu işlərdən ayrılmaq və rahatlıq vasitəsi və gündüzü (cəmiyyət arasına çıxaraq ruzi qazanmaq üçün) dağılışmaq vaxtı edən Odur.
Heç vaxt ölməyən O diriyə təvəkkül et və Onu həmd-səna ilə birgə pak sifətlərlə mədh et (və hər bir nöqsandan uzaq və pak bil). Bəndələrinin günahlarından Onun xəbərdar olması kifayətdir.
Göyləri, yeri və onların arasında olanları altı gündə (altı gündüzdə, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaradan, sonra yaradılmışlar üzərində hakimiyyət taxtında qərar tutan(ın)! (O,) Rəhman (olan Allah)dır. Buna görə də (həqiqəti hər şeydən) xəbərdar olan Ondan (Allahdan) soruş.
Göydə (ulduzlardan) bürclər vücuda gətirən və onda çıraq (günəş) və parlaq ay yaradan (Allah) uca, əbədi və bərəkətlidir.
(Allahı və Onun əzəmət və cəlalını) yada salan və ya (Onun nemətlərinə) şükr etmək istəyən şəxs üçün gecə və gündüzü bir-birinin əvəzləyicisi edən Odur. (Belə edib ki, yada salmaq və şükr etmək birində yaddan çıxsa, onun əvəzi digərində çıxılsın.)
1230 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
62 Səhifə