"Gün" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Gün" üzrə 1230 ayə tapıldı.
(Şüeyb) dedi: «Mənim Rəbbim sizin nə etdiyinizi daha yaxşı bilir (Əməlinizin cəzası daş, yaxud başqa bir şey olduğunu daha yaxşı bilir)».
Beləliklə, onu (Şüeybi) təkzib etdilər və buludlu günün əzabı onları yaxaladı (başlarına od ələyən alovsaçan buludun kölgəsində idilər), Həqiqətən, o, böyük bir günün əzabı idi.
Biz onu belə (xoşagəlməz və batil düşündükləri halda Məkkə) günahkarlarının qəlblərinə beləcə yeritdik.
Şübhəsiz, (göyün qapıları üzlərinə qapalı olduğuna görə) onlar (Allah kəlamını) eşitməkdən kənarlaşdırılmışlar.
O kəslərə ki, namaz qılır və zəkat verirlər, o kəslərə ki, axirət gününə yəqinlik tapmışlar (möhkəm inanırlar).
Həqiqətən, axirət gününə iman gətirməyənlərin (çirkin və batil) əməllərini (onları öz başlarına buraxmaq və şeytanı onlara hakim etməklə) nəzərlərində zinətləndirdik. Buna görə də onlar daim dərbədər bir vəziyyətdədirlər.
Onları şiddətli əzab gözləyir və axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır! (Çünki, möminin günahdan əlavə savabları da vardır, lakin onların savabları aradan getmişdir).
Süleyman onun sözünə gülümsəyib (onun kəlamını duyduğuna, məqsədini başa düşdüyünə görə şükr edərək) dedi: «Ey Rəbbim, mənim özümə və ata-anama əta etdiyin nemətə şükr etmək və Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver (qüvvət ver) və məni Öz rəhmətinlə saleh bəndələrinin sırasına daxil et».
«Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmişdir, beləliklə haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər».
Ona deyildi: «Qəsrin həyətinə daxil ol». Qəsrin həyətini gördükdə çoxlu su olduğunu güman etdi, odur ki, paltarının ətəyini baldırdan yuxarı qaldırdı. (Süleyman) dedi: «(Bu gördüyün) şüşədən ibarət olan şəffaf və sadə bir həyətdir». (Mələkə) dedi: «Ey Rəbbim, həqiqətən, mən (indiyə qədər) özümə zülm etmişəmmiş. İndi isə aləmlərin Rəbbinin müqabilində Süleymanla birgə müsəlman oldum». (Qəsrin əzəmətini görməsi, Hüd-hüdun məsələsi, taxtın gətirilməsi onun müsəlman olmasına səbəb oldu).
Dedilər: «(Ey Saleh,) bizim uğursuzluğumuz sənin və yanındakıların nəhsliyindəndir (şərin və pisliyin səbəbi sizsiniz)». Dedi: «Sizin şər və uğursuzluğunuzun (səbəbi günahlarınızdır və günahlarınız) Allah yanındadır (Biz onun səbəbi deyilik). (Əslində) siz imtahan olunan bir tayfasınız (bu hadisələrin hamısı cəza xarakteri daşımır, əslində sizin imtahanınız üçündür)».
Onlar bir-birlərinə dedilər: «Allaha birlikdə and için ki, ona və ailəsinə gecə ikən hücum edək, sonra da qəyyumuna (vəlisinə) deyərik ki, biz (onun və) ailəsinin (kim tərəfindən) qətl olunduğunu görməmişik və əlbəttə, biz düz danışanıq».
De: «Bəlkə də tələsik istədiyinizin (iki tərəf arasında hakim olan əzabın) bir hissəsi sizin arxanızcadır. (Bədr döyüşü günü yetişər)».
Həqiqətən, sənin Rəbbin onların (İsrail övladlarının arasında Qiyamət günü ixtilafda olduqları bütün məsələlərə dair) Öz hökmü ilə hakimlik edəcəkdir. O, qüdrətli, qalib və (hər şeyi) biləndir.
Sən (o) korqəlbliləri azğınlıqdan düz yola gətirən deyilsən! Sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə görə) iman gətir(ə bil)ənlərə eşitdirə bilərsən. Elə buna görə də (fitrətlərinə uyğun olaraq onlar Bizim müqabilimizdə) təslimdirlər.
1230 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
62 Səhifə