Ən-Nur surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ən-Nur surəsi" üzrə 64 ayə tapıldı.
(Xüsusi olaraq) kora, topala, xəstəyə, (ümumilikdə isə) sizin özünüzə (bu on bir evdə:) öz evlərinizdə (övladlarınızın və yaxud həyat yoldaşlarınızın evlərində), atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları ixtiyarınızda olan evlərdə və dostlarınızda (onların evlərində) yemək yeməkdə günah yoxdur. (Həmin evlərə) hamılıqla və ya ayrı-ayrı (daxil olmaq, istirahət etmək, yemək və digər şeylərdən) istifadə etməkdə sizə bir günah yoxdur. Evlərə daxil olan zaman özünüzə (qohum və dindaşlarınıza) salam – Allah tərəfindən olan bərəkətli və pak bir salam verin. Allah, ayələri (hökmləri) sizin üçün bu cür açıqlayır ki, bəlkə düşünəsiniz.
(Həqiqi) möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş və (məsləhət, müharibə, cümə namazı və bayram tədbirləri kimi) mühüm ictimai işdə onunla birlikdə olanda icazə almayınca onun yanından getməyən kəslərdir. Allaha və Onun Peyğəmbərinə imanı olanlar səndən icazə istəyənlərdir. Buna görə də əgər bəzi işlərinə görə səndən icazə istəsələr, onlardan istədiyin kəsə icazə ver və Allahdan onlar üçün bağışlanmaq dilə. Allah çox bağışlayan və mehribandır.
Peyğəmbərin sizin aranızdakı (hər hansı bir din və dünya işindəki) dəvət və çağırışını sizdən birinin digərini dəvət və çağırması kimi hesab etməyin (və onu əhəmiyyətsiz saymayın). Həqiqətən Allah (Peyğəmbərin dəvətindən sonra onun məclisindən) bir-birinin kölgəsində (xəlvətcə) yavaş-yavaş camaatın arasından çıxanları tanıyır. Buna görə də gərək Peyğəmbərin əmrindən çıxanlar onlara (dünyada) bir bəla və ya (axirətdə) ağrılı bir əzab gəlməsindən çəkinsinlər.
Bil ki, şübhəsiz, göylərdə və yerdə olanlar Allahın həqiqi mülküdür. (Çünki onların hamısının yaradılması, qorunması, idarə edilməsi və yox edilməsi Onun istəyinə tabedir.) Şübhəsiz, O, sizin durumunuzu (cismani vəziyyətinizi, ruhi sifətlərinizi və ictimai mövqeyinizi) bilir və (Allah bütün insanların) Ona tərəf qaytarılacaqları gün, onları etdiklərindən xəbərdar edəcəkdir. Allah hər şeyi biləndir.
64 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
4 Səhifə