"ya" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "ya" üzrə 3735 ayə tapıldı.
«Allahın yerinə çağırdıqlarınız nə sizə bir yardım göstərə bilər və nə də özlərinə (xeyir gətirmək və ya bir zərəri dəf etməklə) bir kömək edə bilərlər».
Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər (cihad hökmü gəlməyincə döyüşə başlama).
Şübhəsiz, təqvalı olanlara Şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir Şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar.
(Vəhyin gəlməsi bir müddət təxirə düşən zaman və) onlara bir ayə və nişanə gətirməyəndə «nə üçün (özündən) bir ayə və nişanə düzəldib gətirmirsən?» deyərlər. De: «Həqiqətən mən yalnız Rəbbimdən mənə gələn vəhyə tabe oluram. Bu (Qur’an) Rəbbiniz tərəfindən ayıqlıq ёmənbələridir və iman gətirən bir dəstə üçün başdan-başa hidayət və rəhmətdir».
Səhərlər və axşamlar öz qəlbində yalvarıb-yaxararaq, qorxu ilə və səsini ucaltmadan Rəbbini yada sal və qafillərdən olma.
Şübhəsiz, sənin Rəbbinin yanında (mələklər və Allahın övliyaları kimi Onun mənəvi yaxınlığında) olanlar Ona ibadət etməkdən boyun qaçıraraq təkəbbürlük etməz, Onun paklığını yada salar və Ona səcdə edərək özlərini kiçildərlər.
Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər.
Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır.
Və (yada salın) o zaman(ı) ki, Allah sizə o iki dəstədən birinin (Məkkə tacirlərinin Şamdan Məkkəyə gedən və ticarət malları daşıyan karvanının və ya Məkkədən onları qorumaq üçün çıxan silahlı dəstənin) sizə nəsib olacağını vəd edirdi. Siz o silahsız dəstənin sizin olmasını çox istəyirdiniz. Allah (isə) Öz kəlmələri (əzəldən Lövhi-Məhfuzda yazmış olduğu vədləri) ilə haqqı bərqərar edərək möhkəmləndirmək və kafirlərin kök və nəslini kəsmək istəyirdi.
Allah onu (həmin köməyi) yalnız (sizin üçün) bir müjdə olması və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (yoxsa, onlar qoşunun içində yalnız qaraltı idilər və düşmənin qətlə yetirilməsində birbaşa iştirak etmirdilər). Kömək yalnız Allah tərəfindəndir. Allah yenilməz qüdrət sahibi və hikmətlidir.
O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, Şeytanın murdarlığını (Şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi.
(Ey kafirlər,) budur (dünya əzabı)! Buna görə də dadın onu və əlbəttə, kafirlər üçün (axirətdə) od əzabı (da) vardır.
Ey iman gətirənlər, kafirlərlə - onların izdihamlı qoşunları sizə tərəf irəlilədiyi (ya siz onlara tərəf getdiyiniz) halda qarşılaşan zaman, onlara arxa çevirməyin (və meydandan qaçmayın).
Həmin gün – döyüşü davam etdirmək üçün başqa bir yer axtaran (yenidən hücum etmək üçün geri çəkilmə fəndi işlədən) və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla – onlara arxa çevirən kəs mütləq, Allahın qəzəbini özünə qoşmuşdur və onun sığınacağı Cəhənnəmdir. Ora pis bir dönüş yeridir.
Buna görə də, (bilin ki,) onları siz öldürmədiniz, Allah öldürdü onları! Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı (düşməni məğlub etmək) və möminləri yaxşı sınamaq (yaxud onlara gözəl qələbə neməti vermək) üçün! Həqiqətən Allah eşidən və biləndir.
(Ey Bədr döyüşündən qabaq «tərəflərdən kim haqdırsa, qoy Allah onu qalib etsin!» deyən müşriklər,) əgər siz (haqq olan tərəfin) qələbə (çalmasını) istəyirsinizsə, istəyinizə uyğun olan qələbə gəldi (odur ki, təslim olun). Əgər (dava və düşmənçilikdən) əl çəksəniz, bu sizin üçün daha yaxşıdır. Əgər (döyüşə) qayıtsanız, biz də (möminlərə köməyə və sizi əzməyə) qayıdacağıq və sizin dəstəniz hər nə qədər çox olsa da, sizdən (Allahın əzabından) heç bir şeyi dəf etməyəcəkdir. (Bilin ki,) Allah həmişə möminlərlədir.
Həqiqətən Allah yanında, tərpənən canlıların ən pisi düşünməyən (haqqı eşitməkdə) kar və (haqqı deməkdə) lal (olan) insanlardır.
Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin və bilin ki, Allah (hər bir təsir mənbəyindən təsir gücünü almağa tam qadir olduğu üçün) insan ilə onun qəlbi arasında (onun nəfsi ilə məhəbbət və nifrət, iman və küfr kimi sifətləri arasında) maneə olar (aralarında ayrılıq salar). Siz hamınız (axirətdə) Ona tərəf (Onun hüzuruna) toplanacaqsınız.
(Bəlasına) sizin yalnız zalımlarınızın düçar olmayacağı (hamını bürüyəcəyi) fitnədən (fəsad və günahların ziddiyyətlər, əmr be mərufun yerinə yetirilməməsi və mühüm məqamların ləyaqətsiz insanların əlində olması kimi nəticələrindən) qorxun və bilin ki, Allah ağır cəzalandırandır.
Və (yada salın) o zaman(ı) ki, siz yer üzündə az idiniz və zəif sayılırdınız. Həmişə insanların (Qüreyşin və digər kafirlərin) sizi (bu torpaqda) aradan götürmələrindən qorxurdunuz. Allah, bəlkə şükr edəsiniz deyə sizə yer verdi, sizi Öz köməyi ilə gücləndirdi və (dünya nemətlərinin) paklar(ın)dan sizə ruzi verdi.
3735 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
187 Səhifə