Yusif surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Yusif surəsi" üzrə 111 ayə tapıldı.
«Atanızın yanına qayıdın və deyin: «Ey ata! Həqiqətən oğlun oğurluq etdi (və onu tutub saxladılar) və biz ancaq bildiyimiz şeyə şəhadət verdik (sənin yanında şəhadət verdik ki, o, oğurluq etmişdir və Əzizin də yanında şəhadət verdik ki, oğrunun cəzası qul olmaqdır). Biz qeybdən də xəbərdar deyildik (əgər onun oğurluq edəcəyini bilsəydik özümüzlə aparmazdıq. Həmçinin onu qul kimi götürəcəklərini bilsəydik həmin hökmü bəyan etməzdik)».
«Və bizim orada (içində) olduğumuz cəmiyyətdən (misirlilərdən) və aralarında gəldiyimiz karvandan soruş. Həqiqətən biz doğruçuyuq».
(Yəqub) dedi: «Əksinə, (siz də günahkarsınız,) nəfsiniz işi sizin üçün nahaq olaraq cilvələndirmişdir (ki, onlara bizim dinimizdə oğrunun kölə edilməsi xəbərini vermiş, beləliklə də Binyamini əsir etmisiniz). Odur ki, gözəl bir səbr etməm gərəkdir. Ümid var ki, Allah onların hamısını (Misirdə olan o iki nəfəri və Yusufu) mənə qaytarsın. Həqiqətən (hər şeyi) bilən və hikmət sahibi Odur»!
Və onlardan üz döndərib dedi: «Heyif Yusufdan!» Və qəm-qüssədən (qəm-qüssənin çoxluğundan) onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu.
(Oğlanları) dedilər: «And olsun Allaha, sən Yusufu o qədər xatırlayırsan ki, axırda ölüm yatağına düşəcək və ya həlak olacaqsan.»
Dedi: «Mən öz ağır kədər və qüssəmdən (sizə deyil) yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şey (Yusufun diri olmasını) bilirəm.»
«Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz».
Beləliklə, (növbəti dəfə ərzaq almaq və qardaşlarını xilas etmək məqsədilə Misirə gedib) onun (Yusufun) hüzuruna daxil olanda dedilər: «Ey Əziz, bizə və ailəmizə çətinlik və sıxıntı üz verib və biz azacıq bir sərmayə gətirmişik. Buna görə də bizə kamil ölçü (ilə ərzaq) ver və bizə sədəqə ver ki, həqiqətən Allah sədəqə verənləri mükafatlandırır».
Dedi: «Heç cahil və nadan olduğunuz zaman Yusuf və qardaşı ilə nə etdiyinizi bilirsiniz?!»
Dedilər: «Yoxsa doğrudan sən özün Yusufsan?!» Dedi: «(Bəli,) mən Yusufəm və bu da mənim qardaşımdır. Həqiqətən Allah bizim boynumuza haqq qoydu (bizi zillətdən izzətə, ayrılıqdan vüsala və nadanlıqdan elmə çatdırdı). Çünki, kim təqvalı olsa və səbr etsə (mükafatlandırılar). Həqiqətən Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz».
Dedilər: «Allaha and olsun ki, Allah səni seçərək bizdən üstün etmişdir və biz doğrudan da səhv etmişik».
Dedi: «Bu gün sizə qarşı heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır».
«Mənim bu köynəyimi aparın və onu atamın üzünə atın, görəcəkdir. Və bütün ailənizi mənim yanıma gətirin».
Karvan (Misirdən) ayrılan kimi ataları (Kənanda) dedi: «Əgər məni səfeh hesab etməsəydiniz, (deyərdim ki,) həqiqətən mən Yusufun ətrini hiss edirəm.»
Dedilər: «Allaha and olsun ki, sən hələ də öz əvvəlki zəlalətində (Yusufa olan hədsiz məhəbbətində) qalmaqdasan.»
Beləliklə, müştuluqçu gəlib köynəyi onun üzünə atan kimi onun gözləri açıldı. Dedi: «Məgər sizə demədimmi ki, həqiqətən mən Allah tərəfindən sizin bilmədiyiniz bir şeyi (Yusufun diri olmasını və hicranın sona yetməsini) bilirəm?!»
(Yəqubun oğlanları) dedilər: «Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik».
Dedi: «Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusufa qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, O, çox bağışlayan və mehribandır».
Beləliklə, onlar Yusufun hüzuruna daxil olanda, o ata-anasını qucaqladı və onlara öz yanında yer verib dedi: «Allahın istəyi ilə əmin-amanlıqla Misir diyarına daxil olun».
ə ata-anasını öz taxtına çıxartdı və (o, daxil olan zaman hamısı) onun qarşısında səcdəyə düşdülər. Və (Yusuf) dedi: «Ey ata, (bu səcdələr) mənim əvvəlki yuxumun yozumudur ki, Allah onu gerçəkləşdirdi. Doğrudan da O, məni zindandan çıxardan zaman və Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirəndə mənə yaxşılıq etdi. Şübhəsiz, mənim Rəbbim istədiyi kəsə ehsan edən və hər bir çətin işi öz dəqiq və mütləq tədbiri ilə asanlaşdırandır. Həqiqətən (hər şeyi) bilən və hikmət sahibi yalnız Odur».
111 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
6 Səhifə