"İl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "İl" üzrə 3852 ayə tapıldı.
Odur ki, sizin həqiqi Rəbbiniz həmin Allahdır. Və həqiqətdən sonra zəlalətdən başqa nə vardır? Belə isə, necə və haraya döndərilirsiniz?!
De: «Sizin şəriklərinizdən (Allaha şərik hesab etdiyiniz bütlərdən) məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran bir kəs varmı?» De: «Məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran (öldürdükdən sonra Qiyamətdə dirildən) Allahdır. Belə isə, necə və haraya döndərilirsiniz?!»
De: «Sizin şəriklərinizdən haqqa tərəf hidayət edən bir kəs varmı?» De: «Haqqa tərəf hidayət edən yalnız Allahdır (O hər bir varlığı xilqətindən öz təbii məqsədinə doğru hidayət edir və şəriət vasitəsi ilə doğru yola gətirilməyə layiq hər bir kəsi öz xeyirli məqsədinə doğru istiqamətləndirir). Belə isə, arxasınca gedilməyə haqqa tərəf hidayət edən kəs daha layiqdir, yoxsa hidayət edilməyincə doğru yolu tapa bilməyən kəs? Sizə nə olmuşdur? Necə mühakimə yürüdürsünüz?!
Onların çoxu (əqidə və etiqadlarında) yalnız zənnə və gümana tabe olurlar, halbuki, şübhəsiz (zənn və) güman heç bir haqqın yerini tutmur. Həqiqətən Allah onların nə etdiklərini biləndir.
Bu Qur’an Allahdan qeyrisi tərəfindən bir uydurma və yalan deyildir və (onun belə olması bir qayda olaraq və ağıl baxımından da qeyri-mümkündür) lakin özündən əvvəlkilərin (Tövrat və İncilin) təsdiq(ləyicis)i və hər bir (səmavi) kitabın şərhi və ətraflı izahıdır. Onda heç bir şəkk-şübhə yoxdur və aləmlərin Rəbbi tərəfindəndir.
(Onlar Qur’anı onun mənasını bilərək təkzib etmədilər,) əksinə, elmini bilmədikləri və yozumu (həqiqətlərinin aşkar olacağı gün – cahanşümul ədalət hökümətinin zahir olacağı və Qiyamət günü) hələ onlara gəlməmiş şeyi təkzib etdilər. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Buna görə də zalımların aqibətinin necə olduğuna bax!
Və onların bəzisi ona iman gətirir, (fəsad törədənlərdən ibarət digər) bəzisi isə iman gətirmirlər Və sənin Rəbbin fəsad törədənləri(n kimliyini) daha yaxşı biləndir.
Əgər səni təkzib etdilərsə, de: «Mənim əməlim mənə və sizin əməliniz sizə məxsusdur, siz mənim etdiklərimdən uzaqsınız və mən sizin etdiklərinizdən uzağam (buna görə də, mənə cihad əmri gələnə kimi qoyun qalsın).
Onlardan (Qur’ana və) sənə (sənin sözlərinə) qulaq asanlar (lakin qəlblərinin qulaqları kar olanlar) vardır. Belə olan halda, məgər sən karlara, hətta düşünməsələr belə eşitdirəmi bilərsən?!
Onların bəzisi sənə (sənin peyğəmbərlik dəlillərinə) baxır (amma dərk etmək və ibrət götürməkdə kordur)lar. Belə olan halda, məgər sən korları hətta görməsələr belə hidayət edə bilərsən?!
Şübhəsiz, Allah insanlara (onları dünya çətinliklərinə və axirət əzablarına düçar etməklə) heç bir zülm etmir, lakin insanlar (həmin şeylərə səbəb olan əməlləri ilə) özləri özlərinə zülm edirlər.
Və (yada sal) o gün(ü) ki, (Allah) onları (dünyada, ya Bərzəx aləmində) sanki günün bir saatı qədər qalmamışlar kimi bir-birlərinə tanışlıq verdikləri halda (Qiyamət meydanında) toplayacaqdır. (Həmin gün) Allaha qovuşacaqlarını təkzib edənlər mütləq ziyana uğrayıblar və (onlar) hidayətə qovuşanlardan deyildirlər.
Hər bir ümmət üçün (tarix boyu, Allahın əzəli elmində və Lövhi-Məhfuzda) bir peyğəmbər vardır. Beləliklə, peyğəmbərləri gəldikdə onların aralarında ədalətlə (dünyada məntiq və dəlil-sübutla, axirətdə isə mükafat və cəza ilə) hökm olunar və onlara zülm olunmaz.
Və (onlar istehza ilə) deyərlər: «Əgər doğruçusunuzsa (dünya əzabı, yaxud Qiyamətin gəlməsi barədəki) bu vəd nə vaxt olacaqdır?»
De: «Mən hətta öz barəmdə Allahın istədiyindən başqa bir ziyan və mənfəət ixtiyarına malik deyiləm (o ki, qalmış sizin əzabınız, yaxud Qiyamətin gəlməsi ola)! Hər bir ümmət və dəstənin (Allahın əzəli elmində və Onun Lövhi-Məhfuzunda müəyyən bir) əcəli vardır ki, əcəlləri sona çatanda, bir saat olsun belə, gecikməzlər və əlbəttə, bir saat qabağa da keçməzlər.»
De: «Əgər Onun əzabı sizə gecə, ya gündüz gəlib çatsa (peşman olacaqsınız. Belə isə), mənə xəbər verin ki, günahkarlar onun nəyinə tələsirlər? (Məgər əzabın nazil olmasına tələsmək ağıla uyğundur?)
(Əzab gəldikdən və peşman olduqdan) sonra (onlara deyilər:) «Ona əzab gəlib çatan zaman iman gətirdiniz?! İndi?! Halbuki, onun gəlişinə tələsirdiniz».
Sonra (Qiyamət günü) zülm edənlərə deyiləcəkdir: «Dadın əbədi əzabı! Məgər (küfr və itaətsizlikdən) kəsb etdiyinizdən başqa bir şeyin müqabilində cəzalandırılırsınız?!»
Və səndən «görəsən o (Qiyamət, savab və cəza) haqdır?» (deyə) xəbər alırlar. De: «Bəli, Rəbbimə and olsun ki, o, haqdır və siz əsla aciz qoyan (mənim Allahımın əzabından qaça bilən) deyilsiniz».
Və əgər zülm etmiş hər bir şəxs (Qiyamət günü) yer üzündə olan şeylərin hamısına sahib olsa onu mütləq özünə fəda edər (ki, əzabdan nicat tapsın). Və əzabı görən zaman (xəcalətdən) öz peşmançılıqlarını gizlədərlər. Onların arasında ədalətlə hökm olunar və onlara zülm edilməz.
3852 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
193 Səhifə