Ət-Tövbə surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ət-Tövbə surəsi" üzrə 129 ayə tapıldı.
Və çəkdikləri hər bir kiçik və böyük xərc və (cihad səfərində) qət etdikləri hər bir yer və dərə onların hesabına yazılır ki, Allah etdikləri çoxlu gözəl əməllərin mükafatını onlara əta etsin.
Möminlərə hamılıqla (döyüş cəbhəsinə, yaxud dini elm mərkəzlərinə, xüsusilə müəyyən zaman və məkana aid olan cihada) köç etmələri yaraşmaz (və bu, caiz və mümkün də deyildir). Buna görə də, nə üçün onların hər bir cəmiyyətindən (kiçik) bir dəstə (əsgərlər təcrübi tovhidə yiyələnməkdə və mədrəsədəkilər dini maariflərdə) dərin elmi təhsil almaq üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə qorxutsunlar, bəlkə onlar (batində və əməldə) çəkindilər.
Ey iman gətirənlər, (əvvəlcə məsləhətə və qayda-qanunlara uyğun olaraq) kafirlərdən sizə daha yaxınlıqda olanlarla vuruşun və onlar gərək sizdə mütləq bir möhkəmlik və (əməlinizdə) sərtlik görsünlər. Bilin ki, Allah təqvalılarladır.
Bir surə nazil olan zaman, onlardan (münafiqlərdən) bəzisi (istehza ilə) deyərlər: «Bu surə sizdən hansınızın imanını artırdı?». (De:) «İman gətirənlərə gəlincə, onların imanını artırdı və onlar (yeni səmavi töhfə aldıqlarına görə) sevinirlər.
Qəlblərində (şirk, küfr və nifaq) xəstəliyi olanlara gəldikdə isə, onların murdarlığının üstünə daha bir murdarlıq artırdı və onlar kafir olduqları halda öldülər.»
Məgər hər il (müharibə və ya digər hadisələrlə) bir-iki dəfə imtahan olunduqlarını görmürlər? Amma (bununla belə), nə tövbə edirlər və nə də ibrət alırlar.
Və bir surə nazil olan zaman (narahat olduqlarına və rəngləri dəyişdiyinə görə) onların bəzisi bəzisinə baxar (və sanki bir-birlərindən soruşarlar ki:) «sizi kimsə görürmü? (Məbada nifaqınız zahir ola, yaxud məclisdən çıxarılaq.)» Sonra (gizlincə sənin yanından) qayıdarlar. Onlar anlamaz bir dəstə olduqları üçün Allah onların qəlblərini (haqdan) döndərdi.
Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır.
Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: «Mənə Allah kifayətdir, O Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir».
129 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
7 Səhifə