"Övliya" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Övliya" üzrə 6 ayə tapıldı.
O iki dəstənin (Cənnət əhli ilə Cəhənnəm əhlinin) arasında bir pərdə və arakəsmə vardır. Ə’rafın üstündə hər bir dəstəni simalarından tanıyan (məsumlar və Allahın övliyalarından olan) kişilər vardır. Onlar hələ daxil olmamış və (lakin daxil olmalarına) ümid bəsləyən Cənnət əhlinə «Sizə salam olsun» (deyə) nida edərlər.
Şübhəsiz, sənin Rəbbinin yanında (mələklər və Allahın övliyaları kimi Onun mənəvi yaxınlığında) olanlar Ona ibadət etməkdən boyun qaçıraraq təkəbbürlük etməz, Onun paklığını yada salar və Ona səcdə edərək özlərini kiçildərlər.
(Həmin gün) Rəhman olan Allahın yanından (peyğəmbərlər, övliyalar və mələklər kimi) əhd-peyman almış şəxslərdən başqa (insanlardan heç kəsin) şəfaət etmək ixtiyarı olmaz. [Həmçinin (əqidəsinin əsaslarının düzgün olması ilə) şəfaətə layiq olmaq peymanı alandan başqa insanlardan heç kəsin şəfaət olunmaq haqqı olmaz.]
Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (fani etdikdən sonra) onları qaytaran Odur. (Bu əməl) Onun üçün olduqca asandır. Göylərdə və yerdə olan ən üstün sifətlər Onun üçündür (göylərdə və yerdə olan hər bir varlığın bütün üstün sifətləri – həyat, elm, qüdrət və nur yalnız Ona məxsusdur), yerdə və göylərdə olan (mələklər, məsumlar, övliyalar kimi) ən üstün nümayəndələr Ona məxsusdur. O, yenilməz qüdrət və hikmət sahibidir.
Elm və iman verilmiş kəslər (peyğəmbərlər, övliyalar və mələklər) isə deyərlər: «Siz, şübhəsiz, Allahın kitabına (Lövhi-Məhfuz və Qur’ani-Məcidə) əsasən (o aləmdə) dirilmə gününə qədər qaldınız. Budur dirilmə və Qiyamət günü. Lakin siz (Bərzəx aləmini keçirəcəyinizi) bilmirdiniz (və Qiyamətin haqq olduğuna inanmırdınız).
(Elə bir əzabdır ki,) «məaric» (bəndələrin əməllərinin və mələk dəstələrinin yuxarı qalxdığı səmavi dərəcələr; yaxud möminlərin mənəvi kamal dərəcələri; və yaxud mələklərin mənəvi dərəcələri; və ya Allah övliyalarının Cənnətdəki dərəcələri) sahibi olan Allahdandır.
6 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
1 Səhifə