"Qəm yemə" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Qəm yemə" üzrə 9 ayə tapıldı.
De: «Ey kitab əhli, siz (həqiqi) Tövrat və İncili və Rəbbiniz tərəfindən sizə nazil olanı (əməli surətdə) bərqərar etməyincə bir şeydə (doğru dində) deyilsiniz.» Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların çoxunun azğınlıq və küfrünü artıracaqdır. Buna görə də kafir dəstə üçün qəm yemə.
Əgər ona (Peyğəmbərə) kömək etməsəniz, şübhəsiz, kafirlər onu iki nəfərdən (Peyğəmbərlə Əbu Bəkrdən) biri olaraq Məkkədən çıxardıqları zaman, hər ikisi o mağarada (Məkkə yaxınlığındakı «Saur» mağarasında) olduqları vaxt və o, yanındakına «qəm yemə, Allah mütləq bizimlədir» dediyi zaman Allah ona kömək etdi(yi kimi yenə də kömək edəcəkdir). Beləliklə, Allah ona (Peyğəmbərə) Öz rahatlıq və xatircəmliyini nazil etdi, (İslam müharibələrində) onu sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi və kafirlərin sözünü alçaltdı. Uca və üstün, Allahın kəlməsidir (Onun peyğəmbərlərə kömək və dininin digər dinlərə qalib gəlməsi barəsindəki əzəli vədidir)! Allah yenilməz qüdrətli və hikmət sahibidir.
Və əgər onlara vəd etdiklərimizin bəzisini (onların dünyəvi cəzalarını) sənə göstərsək, yaxud sənin ruhunu (ondan qabaq) alsaq (qəm yemə, çünki onların axirət cəzalarını görəcəksən, ona görə ki,) onların dönüşü Bizə tərəfdir. Sonra Allah onların etdiklərinə şahiddir.
(Boynuna qoyulmuş ilahi tapşırığın çatdırılmasında) səbirli ol və sənin səbrin yalnız Allah(ın kömək və yardımı) ilədir. Onlara (onların iman gətirməmələrinə) görə, yaxud möminlərin çətinlik və sıxıntılarına görə qəm yemə və onların işlətdikləri hiyləyə görə ürəyini sıxma.
Və (yada sal) o zaman(ı) ki, sənə «həqiqətən sənin Rəbbin insanları (elm və qüdrət baxımından) əhatə etmişdir, (buna görə də qəm yemə və öz işində möhkəm ol)» dedik. Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Qur’anda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuduruq, lakin (bu,) onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır.
Beləliklə (birdən uşaq ayağının) altından onu çağırdı ki, qəm yemə, həqiqətən Allah ayağının altında axar arx (və möhtərəm övlad) qoyub.
O zaman bacın (sənin sandığının arxasınca) gedir və (uşaq üçün dayə axtaran fironçulara) deyirdi: Sizə onu(n qorunmasını və ona süd verilməsini) öhdəsinə götürən bir adam göstərimmi? Belələliklə gözləri aydın olsun və qəm yeməsin deyə səni anana qaytardıq. Həmçinin (fironçulardan) birini öldürdün (və onlar da səni öldürmək qərarına gəldilər). Belə olan halda Biz səni həmin qəmdən qurtardıq və bir sıra imtahanlarla sınadıq. Beləliklə illərlə Mədyən əhalisinin arasında qaldın. Sonra ey Musa, (Bizim əzəli) qərar(ımız və yüksək mənəvi kamilliklər) əsasında (peyğəmbərlik məqamına) gəldin.
(Ya peyğəmbər!) Onlar(ın iman gətirməmələrinə və inadkarlıqların)a görə qəm yemə və etdikləri məkr və hiylələrə görə ürəyini sıxma (çünki, Biz səni qoruyuruq).
Beləliklə onu anasına qaytardıq ki, gözü aydın olsun, qəm yeməsin və bilsin ki, həqiqətən, Allahın vədi haqdır. Lakin onların (camaatın) əksəriyyəti (bunu) bilmir.
9 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
1 Səhifə