Əsas məzmuna keç

Əl-İsra surəsi - 98-ci Ayə

Surə 17
Ayə 98

Azərbaycan dilində tərcümə

Bu (əzab) Bizim ayə və nişanələrimizə küfr etdiklərinə və «biz bir ovuc sümük və çürümüş üzvlər olan zaman yeni bir yaradılışla diriləcəyik?!» dediklərinə görə onların cəzasıdır.
Əl-İsra surəsi , 98-ci ayə
Əl-İsra surəsi 98-ci ayə
Tam Surə

Əl-İsra surəsi 98-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 98

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Bu (cəhənnəm), onların cəzasıdır. Çünki, kafir oldular və dedilər: "Sümük və tikə-tikə olduqdan sonra doğrudanmı yeni yaranmış surətində ayağa qaldırılacağıq?”
Nöqtələr
"Rufat” dedikdə saman qırıntıları nəzərdə tutulur. Bu qırıntıları ikinci dəfə qırmaq mümkün olmur.("Təfsire-Nurus-səqəleyn”.)
Bildirişlər
1. Allah kafirləri əsassız yerə cəzalandırmır. Onlar öz əməllərinin nəticəsini görürlər.
2. Kafirlərin məadın inkarına dəlilləri yoxdur. Onların dedikləri istehza, təəccüb və istisnadan başqa bir şey deyil.
3. Məad cismanidir.