Əsas məzmuna keç

Əl-İsra surəsi - 72-ci Ayə

Surə 17
Ayə 72

Azərbaycan dilində tərcümə

(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır.
Əl-İsra surəsi , 72-ci ayə
Əl-İsra surəsi 72-ci ayə
Tam Surə

Əl-İsra surəsi 72-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 72

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Dünyada qəlbikor və azğın olan hər kəs axirətdə də kor və azğın olacaq.”
Nöqtələr
Qiyamətdə ağzı möhürlənmiş lallarla yanaşı səhnəyə korlar da gətirilər. Onların korluğunun kökü dünyada qəlbikor olmalarıdır.
Rəvayətdə deyilir ki, həcc vacib olduğu halda həccə getməyən və ya Quran oxuyub ona əməl etməyən kəs qiyamət səhnəsinə kor gətirilər.(Bax: "İsra”, 97 )
Qəlbikorluq gözükorluqdan da pisdir. Həzrət Əli (ə) buyurur: "Ən pis korluq qəlbikorluqdur.” Həzrət başqa bir məqamda buyurur: "Bizim fəzilətlərimizi görməyə gözü olmayan kəs ən pis və şiddətli kordur.”("Tövhidi-Səduq”, s. 455 )
Qiyamətdə korluq məsələsinə digər ayələrdə də toxunulmuşdur.("Təfsiri-Əl-Mizan” ) "Taha” surəsinin 125-ci ayəsində dünyada qəlbikorluq, ilahi ayələrin unudulması və haqdan üz döndərmək qiyamət korluğunun səbəbləri kimi göstərilir.
Sual: Ayələrdə günahkara "kitabını (əməl naməni) oxu” deyə müraciət olunar. Məgər bu qiyamət korluğu məsələsinə zidd deyilmi?
Cavab: Korluq qiyamətin bir dayanacağına aiddir. İnsan digər dayanacaqlarda görür, dünyada tanımadığı həqiqətləri aşkar müşahidə edir.
İmam Baqir (ə) buyurur: "Varlıq aləminin müşahidəsindən mənəvi bəhrə götürməyən kəs görmədiyi axirətə münasibətdə qəlbikordur.”(Bax: "Bəqərə”, 120 )
Bildirişlər
1. İnsanın axirət şəxsiyyəti onun dünya şəxsiyyətinin təcəssümüdür. Dünyadakı bəsirət axirətdə bəsirətlə nəticələnir. Dünyadakı korluq axirət korluğu ilə sonuclanır.