Əsas məzmuna keç

Əl-İsra surəsi - 74-cü Ayə

Surə 17
Ayə 74

Azərbaycan dilində tərcümə

Və əgər səni (məsumluq məqamı və mələklərin mühafizəsi ilə) möhkəm və sabitqədəm etməsəydik, həqiqətən az qalmışdı ki, onlara tərəf azacıq meyl edəsən.
Əl-İsra surəsi , 74-cü ayə
Əl-İsra surəsi 74-cü ayə
Tam Surə

Əl-İsra surəsi 74-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 74

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Əgər Biz səni sabitqədəm etməsəydik, hər vaxt onlara meyl etməyə yaxın idin.”
Nöqtələr
Bu ayənin Peyğəmbərin (s) məsumluğu ilə heç bir ziddiyyəti yoxdur. "Meyl etməyə yaxın idin” cümləsi günah etmək mənasını bildirmir. "Əgər sabitqədəm etməsəydik” cümləsi şərtidir. Yəni himayə etməsəydik, ola bilsin ki, meyl edərdin. Amma Peyğəmbər (s) daim himayə olunduğundan onun düşmənə meyli mümkünsüz idi. Digər hallarda da "əgər” sözü bir işin qəti yerinə yetməsini göstərmir. Məsələn, ayələrdən birində buyurulur: "Əgər Bizə yalan söz aid etsən, şah damarını qət edərik.”("Təfsiri-Nurus-Səqəleyn” ) Başqa bir ayədə oxuyuruq: "Əgər şirk etsən, əməllərin puça çıxar.”("Təfsiri-Məcməul-Bəyan” )
Şərt şəklində bəyan olunmuş bu cümlələr işin baş verməsini göstərmir.
İmam Riza (ə) buyurur: "Bu ayə «qızım sənə deyirəm, gəlinim sən eşit» prinsipinə əsaslanıb.”(İbrahim”, 13 ) Əslində ayədə şəxsən Peyğəmbərə (s) yox, müsəlmanlara xitab olunur.
Bildirişlər
1. Əgər Allahın lütf və himayəsi olmasa, peyğəmbərlərin məsumluğuna zəmanət yoxdur.
2. Düşmənlər və kafirlər qarşısında qətiyyət və dəyişməzlik peyğəmbərlərin imtiyazlarındandır.
3. Allah peyğəmbərləri məsum saxlayır.
4. Etiqadi məsələlərdə təslimçilik zalımlara meyldir. Din rəhbərləri üçün belə bir təhlükə var.
5. Peyğəmbər üçün kiçik büdrəmə də təhlükəlidir.
6. Dini prinsiplərdən azca geri çəkilmək qadağandır. Çünki belə bir hərəkət düşmənlər üçün müvəffəqiyyət və qələbə sayılır.