NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 76
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Kafirlər səni az qala büdrədib oradan çıxarmışdılar. Həmin vaxt səndən sonra qısa bir müddət qala bilərdilər (həmin zülmə görə Allahın qəzəbinə düçar olardılar).”
Nöqtələr
Bu ayədə "Ənfal” surəsinin 30-cu ayəsinə işarə olunur. Ayədə buyurulur: "Xatırla, o zaman ki, kafirlər səni həbs etmək, öldürmək və ya xaric etmək üçün plan cızırdılar. Onlar hiylə qurdular, Allah da tədbir tökdü. Allah ən yaxşı tədbir tökəndir.”
Bildirişlər
1. Peyğəmbər (s) daim təhlükə, fitnə, terror, sürgün təhlükəsi qarşısında idi.
2. Əqidə düşmənlərinin məqsədi dinin bünövrəsini sarsıtmaqdır. Onlar bu yolda hətta peyğəmbərə rəhm etmirlər.
3. Kafirlər ilk mərhələdə rəhbərin düşüncə və etiqadında dəyişiklik etməyə çalışırlar. Növbəti mərhələdə rəhbər sürgün olunur, ölkədən çıxarılır.
4. Peyğəmbərin xalq arasında olması ilahi qəhr-qəzəbi təxirə salır. Peyğəmbər cəmiyyətdən kənarlaşdırılıb sürgün edildikdə qısa bir müddət ərzində qəhr-qəzəb nazil olur.
5. Qurani-kərim həm qeybdən xəbər verir, həm düşmən qurğularının puça çıxacağını bəyan etməklə Peyğəmbərə (s) təsəlli verir.