NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 75
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"(Onlara meyl etsəydin,) həmin vaxt sənə iki qat dünyada, iki qat öləndə əzab daddırardıq. Bizim qəhr-qəzəbimiz qarşısında özün üçün yardımçı tapmazdın.”
Nöqtələr
Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) belə bir dua oxudu: "Pərvərdigara! Məni bir göz qırpımınca özbaşına qoyma!”("Təfsiri-Ətyəbul-Bəyan” )
Bildirişlər
1. Allahın həm lütfü, həm də qəhr-qəzəbi var.
2. Kafirlərə meyl və etimad böyük günahlardandır. Çünki bu günaha görə əzab vəd edilmişdir.
3. Rəhbərlərin ən kiçik büdrəmələrinin cəzası adi insanların cəzasından iki qat ağırdır. İnsanın elmi, ictimai, mənəvi məqamı yüksəldikcə onun məsuliyyəti, eləcə də əzab təhlükəsi artar.
4. Əgər qanunçuluqda vəzifəli şəxslər üçün daha ağır cəza nəzərdə tutulsa, bu, ədalətə zidd olmaz.
5. Allahın qəhri qarşısında hətta peyğəmbər üçün də heç bir yardımçı yoxdur.
6. Kafirlərə meyl insanın tənha qalmasına səbəb olur, onu Allahın qanunlarından məhrum edir.