Əsas məzmuna keç

Əl-İsra surəsi - 97-ci Ayə

Surə 17
Ayə 97

Azərbaycan dilində tərcümə

Allah kimi hidayət etsə, odur (əsl) doğru yolda olan və kimi öz azğınlığında boşlasa, onlar üçün Allahdan başqa heç bir köməkçi və başçı tapmazsan. Qiyamət günü onları kor, lal və kar halda üzləri üstə məhşərə gətirəcəyik (onlar üzləri üstə yeriyərlər, yaxud üzləri üstə süründürülərlər). Onların yeri Cəhənnəmdir. Hər zaman onun alovu azalsa, onlara bir şölə artırarıq.
Əl-İsra surəsi , 97-ci ayə
Əl-İsra surəsi 97-ci ayə
Tam Surə

Əl-İsra surəsi 97-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 97

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Allahın hidayət etdiyi kəs doğru yolu tapmışdır. Allahın azdırdığı kəs üçün isə heç vaxt Allahdan savay yardımçı tapmayacaqsan. Biz onları qiyamət günü sürünən halda, kor, kar və lal vəziyyətdə məhşur edərik (səhnəyə gətirərik). Onların yeri cəhənnəmdir. Od söndükcə onun alovunu artırarıq.”
Nöqtələr
"Xəbət” sözü şöləni yatırtmaq mənasını bildirir. "Səir” dedikdə alışma mənası başa düşülür və cəhənnəmin adlarından biri "səir”dir.
Sual: Əgər azğınlar qiyamətdə kar, kor və lal olursa, nə üçün digər ayələrdə onların odu görməsindən, cəhənnəmin səsini eşitməsindən, şivən qoparmasından danışılır?(Mufrədati-Rağib” )
Cavab: Qiyamətin çoxsaylı mərhələləri və dayanacaqları var. Hər dayanacağı növbəti dayanacaqdan fərqləndirən xüsusiyyətlər var.”("Naziat”, 27 )
Bildirişlər.
1. İnsan təkcə elm, ağıl və dəlillərlə hidayət olmur, ilahi tövfiq də lazımdır.
2. Azğınlara Allahdan başqa nicat verən yoxdur.
3. Qulağından haqqı eşitmək, gözündən haqqı görmək, dilindən haqqı demək üçün istifadə etməyən insan qiyamətdə kor, kar və lal vəziyyətdə səhnəyə gətirilər. Bu, bir növ insanın əməllərinin təcəssümüdür!
4. Cəhənnəm odu günahkarlar üçün daim alışmaqdadır.